Icma.az
close
up
RU
Əgər bu banner gerçəksə... Rəsmi Tehran təcili izah verməlidir

Əgər bu banner gerçəksə... Rəsmi Tehran təcili izah verməlidir

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Tehrana dostluq əlini uzadır, Tehrandan təhqir gəlir – İran üzr istəməlidir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri ətrafında yaranan reaksiyalar bir məqamı xüsusilə diqqətçəkən edir: Rusiyanın və İranın Azərbaycana qarşı ritorikası bu məsələdə bir-birinə qəribə dərəcədə yaxınlaşıb. Bəllidir ki, C.Bayramov Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb, iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə edilib. Xüsusilə Ukraynaya Azərbaycan qazının tədarükü məsələsinin gündəmə gəlməsi diqqət çıəkib. Bakı üçün bu, tamamilə normal və müstəqil xarici siyasət qərarıdır. Azərbaycan hansı ölkə ilə iqtisadi və siyasi əməkdaşlıq edəcəyini özü müəyyənləşdirir.

Lakin Kiyevdəki görüşlərə reaksiyalar göstərdi ki, bunu hamı belə qəbul etmir.Rusiyanın bəzi siyasi və media dairələri Bayramovun səfərinə sərt münasibət gpstərməkdədir.  İndi isə eyni səfər ətrafında İrandan daha sərt və hətta təhqiramiz münasibət iddiası ortaya çıxıb.

Musavat.com xəbər verir ki, əgər bəzi saytlarda (məsələn, newskiev.ru, runews24.ru) yayılan və İran tərəfinə aid edilən banner həqiqidirsə, məsələ artıq adi siyasi tənqid çərçivəsindən çıxır. Bannerin üzərində Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa birlikdə təsvir olunur, onların şəkilləri üzərindən xətt çəkilir və təhqiramiz məzmunlu ifadə yerləşdirilir. Və belə bir materialın İranın hansısa rəsmi və ya dövlətə yaxın dairəsi tərəfindən hazırlandığı təsdiqlənərsə, Tehranın buna münasibət bildirmə və lazım gələrsə, üzr də istəməılidir. 

Azərbaycan son illərdə İranla münasibətlərdə dəfələrlə qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipini önə çəkib. Bakı İranla iqtisadi əlaqələrin genişləndirilməsində, nəqliyyat layihələrinin inkişafında və sərhədyanı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Azərbaycanın dövlət siyasəti aydındır: İranla düşmənçilik etmək niyyətində deyil. Bəs Tehrandakı bütün dairələrin mövqeyi eynidirmi? Təəssüf ki, görünən mənzərə belə düşünməyə əsas vermir.

Ukrayna ilə İran arasında münasibətlər Xəzərdəki məlum hadisədən sonra daha da kəskinləşib. Tehran Kiyevin siyasətindən narazılığını açıq şəkildə ifadə edir, Ukrayna isə İrana qarşı sərt mövqe nümayiş etdirir. Belə bir fonda Azərbaycanın Ukrayna ilə əlaqələrini genişləndirməsi Tehrandakı bəzi dairələrin qıcıqlanmasına səbəb ola bilər. Amma bu, Azərbaycan dövlətinə qarşı təhqirə əsas vermir.  Burada Rusiya amili də diqqətdən yayınmamalıdır. Azərbaycanın Ukrayna ilə əlaqələrinin dərinləşməsinə münasibətdə hər iki ölkıənin  ritorikasında oxşarlıq görünür. Üstəlik, bu banner gerçəkdirsə, onu yayan mənbəılər də məhz rusdilli mediadır. 

Bir daha qeyd edirik ki, Tehran bu yayılan materiallarla bağlı təcili araşdırma aparmalı, materialın kim tərəfindən hazırlandığını müəyyənləşdirməli və bunun rəsmi dairələrlə əlaqəsinin olub-olmadığını açıqlamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Avqust 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri