Icma.az
close
up
RU
Əgər elektron ərizə qəbulu başlayırsa, onu müşayiət edəcək rəsmi jurnal da vaxtında çap olunmalıdır

Əgər elektron ərizə qəbulu başlayırsa, onu müşayiət edəcək rəsmi jurnal da vaxtında çap olunmalıdır

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

'Dövlət İmtahan Mərkəzinin (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizə qəbuluna sabah start verməsi, lakin bu prosesə dair rəsmi “Abituriyent 1” jurnalının əvvəlcədən çap olunmaması, ciddi nöqsandır və abituriyentlərin haqlarının pozulmasına gətirib çıxarır'.

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti "Facebook" səhifəsində yazıb. O deyib ki, DİM-in "Abituriyent" jurnalı abituriyentlər üçün əsas bələdçidir: 

"DİM-in bu prosesi şəffaf və əlçatan etməsi üçün əsas addımlardan biri “Abituriyent” jurnalını vaxtında çap etmək və ictimaiyyətə çatdırmaqdır. Bu jurnal abituriyentlər üçün yalnız bir məlumat mənbəyi deyil, həm də onların hüquqlarını bilmək, qəbul qaydalarından xəbərdar olmaq və elektron ərizə vermə prosesində yolunu itirməməsi üçün əsas bələdçidir. Jurnal çap edilmədiyi və ya gec dərc edildiyi halda, abituriyentlər ya yanlış məlumat alır, ya da ümumiyyətlə ərizə prosesinə dair biliklərdən məhrum olur.

DİM-in illərdir davam edən ən böyük problemlərindən biri jurnalların tamamilə lazımsız vaxtda çap edilməsi və yayılmasıdır. İxtisas seçimi jurnalı seçim prosesinə bir gün qalmış çap edilir, indi isə abituriyentlər və kolleclərə müraciət edənlərə yol göstərən “Abituriyent 1” jurnalı ümumiyyətlə yoxdur. Bunun nəticəsi isə aydındır: insanlar ya ərizəni düzgün doldura bilməyəcək, ya da məcburən ödəniş qarşılığında kimlərdənsə bu xidməti almalı olacaq.

Bu DİM-in ictimai vəzifəsini yerinə yetirməməsi deməkdir. Qurum abituriyentlərin qəbul prosesində iştirakını rahatlaşdırmaq əvəzinə, onları çətin vəziyyətə salır və kommersiya maraqlarını gücləndirir. Nəticədə, insanlar ya ərizə verməkdən çəkinəcək, ya da pul xərcləyərək bu prosesi başqalarına həvalə edəcək. Halbuki, DİM-in əsas vəzifəsi prosesləri şəffaf, açıq və hər kəs üçün əlçatan etməkdir. Əgər elektron ərizə qəbulu başlayırsa, onu müşayiət edəcək rəsmi jurnal da vaxtında çap olunmalıdır!

Bu vəziyyət bir daha göstərir ki, DİM prosesləri sistemsiz və plansız şəkildə idarə edir. Təhsil sistemində mühüm qərarlar qəbul edən bir qurumun bu qədər laqeyd yanaşması, abituriyentlərin taleyini riskə atır. Əgər qəbul prosesi ilə bağlı məlumatlandırma işləri gecikirsə, bu, abituriyentlərin hüquqlarına birbaşa müdaxilədir. Təhsil müəssisələrinə qəbul ciddi bir prosesdir və DİM-in bu məsələyə səthi yanaşması qəbuledilməzdir.

DİM-in bu səhvləri düzəltməsi üçün təcili olaraq “Abituriyent 1” jurnalını çap edib ictimaiyyətə təqdim etməsi, elektron ərizə prosesini addım-addım izah edən rəsmi resursları (video, broşura və s.) təqdim etməsi və bu mövzuda geniş maarifləndirmə işləri aparması vacibdir. Əks halda, bu cür gecikmələr və məsuliyyətsizlik abituriyentlərin haqsız yerə çətinlik çəkməsinə səbəb olacaq".

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri