Icma.az
close
up
RU
“Əgər onlar barəsində yalan ifadə verməsən, səni DTNdə öldürəçəklər, ailəni isə...”

“Əgər onlar barəsində yalan ifadə verməsən, səni DTNdə öldürəçəklər, ailəni isə...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“...Qarşıda iki yol var: ya göstərilən adamlar barədə tələb olunan ifadəni verməlisən, ya da ölməlisən. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam...”

"Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

“Şahid Hüseynov Mirzə Hüseyn oğlu: 

(Əvvəli )

“...Mənim döyüldüyümü Atakişiyev də bilirdi. O, məni yanına çağırıb deyirdi: “əgər onlar: Mirzə İbrahimov, Axundov və Əlizadə Qəmər barədə yalan ifadə verməsən, səni burada – DTN-də öldürəçəklər, ailəni də sürgün edəcəklər”. Yemelyanov kimi Atakişiyev də məni Bağırovun göstərişi ilə həbs etdiklərini söyləyirdi. Odur ki, qarşıda iki yol var: ya göstərilən adamlar barədə tələb olunan ifadəni verməlisən, ya da ölməlisən. Mən bildirdim ki, heç kimə böhtan atmayacağam... 

Daxili həbsxanada mən təkadamlıq kamerada, bəzən də adları xatırımda olmayan dustaqlarla qalırdım. İstintaq zamanı Kalinin və Padarov casus olmağım, casuslara – İran təbəələri, İran konsulluğunun rəsmi əməkdaşı Mansur Şirvani, Şaban Rəcəbi və onun oğlu Hüseynağa ilə əlaqələrim barədə ifadə verməyi tələb edirdilər. Mən bildirdim ki, heç bir casus- İran təbəəsini tanımıram, Şirvaninin də İran konsulluğunun rəsmi əməkdaşı olduğundan da xəbərim yoxdur. Onu bilirəm ki, M.Şirvaninin şəxsi maşını var idi, o da pulla istənilən adamı ürəyi istəyən yerə aparırdı. Mən onun maşınını almaq fikrinə düşdüm və ondan ev telefonu nömrəsini aldım. Telefon nömrəsi indi məni xatirimdə deyil. Maşını ondan ala bilmədim, çünki həbs olunmuşam. Şirvani isə bu günədək həbs olunmayıb, sirkdə işləyir. Şirvaninin harada yaşadığını mən bilmirəm. Şaban Rəcəbi və onun oğlu anamın uzaq qohumlarıdır. 1948-ci ildə onlar mənim mənzilimə gəlib İran demokratları ilə birlikdə sərhədi keçdiklərini bildirdilər və SSRİ-də yaşamaq üçün rəsmi icazə almaq məqsədilə hara müraciət etmək barədə məsləhət istədilər. Onlar ikisi də- ata da, bala da savadsız idilər. onlar mənim mənzilimə gələn vaxt qonşum Vera Polivanova və qulluqçu Aleksandra Davidova da bizdə idi. Polivanova hal-hazırda 9 yanvar küçəsindəki 23 №-li evdə yaşayır, Davidova da haradasa, Bakıda yaşayır. Həmin qadınlar Azərbaycan dilini çox yaxşı bilirlər və Rəcəbi ilə söhbətim zamanı əvvəldən axıradək mənim yanımda olublar. Onların yanında Rəcəbi mənə söylədi ki, onun İran demokratı olmağı barədə sənədi var. O mənə bir kağız göstərdi, orada onların həqiqətən də İran demokratları olması göstərilirdi. Mən həmin dəqiqə Padarova zəng vurub, nə eləmək lazım gəldiyini soruşdum. O mənə dedi ki, Rəcəbiləri DTN-nə göndər. Mən də ata-oğul Rəcəbiləri DTN-ə yola saldım. Mən Padarova ona görə zəng çaldım ki, onunla çoxdan tanış idim. Rəcəbilərin sonrakı aqibətindən xəbərim yoxdur. Mənim Padarovla və Rəcəbilərlə nə danışdığımı Polivanova və Davidova, eləcə də Bakıda haradasa yaşayan ata Rəcəbi də təsdiq edə bilər. 1948-ci ildən sonra mən Rəcəbini görmədiyim üçün onun harada yaşadığını deyə bilmərəm. Eşitmişəm ki, oğlu ölüb. 1948-ci ildə onun 16 yaşı var idi... 

Mən həbsxanada cəmisi 11 aydan bir qədər çox qaldım. Sonra mənə elan elədilər ki, SSRİ DTN yanında xüsusi yığıncağın qərarı ilə 5 il müddətinə həbs düşərgəsinə göndərilirəm. DTN daxili həbsxanasında olduğum zaman istintaqda döyüləndən sonra türmənin tibb işçiləri mənə kompres-təpitmə qoyub, yaralarıma yod vururdular. Mənə tibbi yardım göstərənin adını, təəssüf ki, bilmirəm... 

Bir dəfə bərk əzişdiriləndən sonra kamerada uzanmışdım, ayağa qalxa bilmirdim. Nəzarətçi bunu həbsxana rəisinə- podpolkovnikə bildirdi. Rəis kameraya gələndə mən istintaq zamanı döyüldüyümü ona bildirdim. O, əmr etdi ki, mənə su versinlər. Mənə istintaqın başa çatması barədə protokol təqdim edəndə, işi məhkəməyə göndərəcəklərini bildirdilər. İstintaq işi qovluğa tikilmiş və nömrələnmişdi. Mən istintaqın başa çatması barədə protokolu imzaladım, məhkəmə zamanı günahsızlığımı sübut edəcəyimə ümid etdim. Azərbaycan SSR cinayət prosessual məcəlləsinin 204-cü maddəsinin tələblərini yerinə yetirərkən hərbi prokuror Konstanyan iştirak edirdi. Ona Yemelyanovun, Padarovun və Kalininin məni amansızcasına döydüklərindən danışdım. Konstanyan mənə inanmadı və qulaq asmaq belə, istəmədi. Ondan başqa mən türmədə və DTN binasında prokuror görmədim... 

Mən Maqadan şəhərindəki düşərgənin 18-ci bölməsində saxlanılırdım. Cəza müddətində heç bir qanun pozuntusuna yol vermədiyim üçün 1952-ci ilin 17 sentyabrında düşərgədən azad edildim. Lakin mənə Maqadandan kənara çıxmaq qadağan edildi və mən ayda iki dəfə xüsusi komendaturaya gedib qeyd olunmalı idim... 

1954-cü ilin 28 martında Maqadan şəhəri DTN İdarəsinin xüsusi komendaturası məni sürgündən azad etdi və mən Bakı şəhərinə gəldim. Hələ istintaq altında olduğum vaxt Kalinin mənə bildirdi ki, Şahmərdanovu döymək və xuliqanlıq etmək üstündə mənə açılan işə xitam verilib, çünki orada cinayət tərkibi yox imiş. Beləliklə, mən xuliqanlığa görə həbs olunmamışam, rəsmi sənədlərdə isə tutulmağımın səbəbi kimi yalnız xuliqanlıq göstərilib. İstintaq zamanı məni casusluqda təqsirlındidilər və 5 il müddətinə xüsusi təhlükəli ünsür kimi düşərgəyə göndərdilər. Mən indi bir daha bildirirəm ki, mənim heç bir təqsirim yox idi. Xahiş edirəm, Bağırovun göstərişi ilə mənə verdikləri vəhşicəsinə işgəncələrə görə Yemelyanov, Padarov və Kalinin kimi cəlladlar ən ciddi cəzaya layiq görülsünlər...”

Təqdim etdi:

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2024 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri