Icma.az
close
up
RU
“Əgər referendum keçirilsəydi, çox riskli olardı” MÜSAHİBƏ

“Əgər referendum keçirilsəydi, çox riskli olardı” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nikol Paşinyan tarixdə qalmaq istəyir”.

Bu sözləri politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”-ə müsahibəsində deyib.

"Cebheinfo.az" müsahibəni təqdim edir:

- Zəlimxan bəy, son günlər Ermənistan mətbuatında parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi iddia olunur. Sizcə, Baş nazir Nikol Paşinyan nə üçün belə bir addım atır?

- Çox ciddi bir proses başlayıb. Bu prosesin bir qütbündə də Paşinyan dayanır. O, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsi istiqamətində cəsarətli addımlar atır. Artıq kommunikasiya imkanları məhdudiyyəti aradan qalxır, gediş-gəliş üçün alternativ yollar təklif olunur. Ümumiyyətlə, Cənubi Qafqazın gələcəyinin müəyyən olunması məhz Bakı-İrəvan münasibətlərinin yenidən qurulması ilə bağlıdır. 

Düzdür, Ermənistanda revanşistlər və Rusiyanın cəsus şəbəkəsi var. Lakin bütün hallarda proses elə gedir ki, Paşinyanın reytinqi bir qədər düşsə belə, onu üstələyə bilmirlər. Belə vəziyyətdə Paşinyan vaxt qazanmaq üçün parlament seçkilərinin keçirilmə vaxtını tezləşdirə bilər. Nəzərə almaq lazımdır ki, Paşinyanın alternativləri kifayət qədər zəifdir və revanşistlərin imkanları məhduddur. Məkrli qüvvələrin həmlələri ilə Ermənistandakı siyasi situasiya dəyişərsə, revanşistlərə imkan tanına bilər. Ona görə də Baş nazir indi rahatlıqla bu addımı atır.

- Paşinyanın növbədənkənar seçki keçirməkdə məqsədlərindən biri də 2026-cı ildə referendum keçirmək və Azərbaycanla sülh müqaviləsiimzalamaqdır?

- Bəli, belə bir ehtimal var. Paşinyan əlində uzunmüddətli səlahiyyət istəyir ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin və alternativ bəhanələr qalmasın. İndiyə kimi Ermənistanda neçə baş nazir və prezident dəyişib. Lakin Paşinyan qədər sülhə belə yaxın olan başqa lider olmayıb. Üstəlik, dünyanın mütərəqqi gücləri tərəfindən dəstəklənir. İrəvanda hər zaman Rusiyayönümlü şəxslərin hakimiyyətdə olduğunu görmüşük. Kremlin Ermənistana bütün göstərişləri də Azərbaycanla konflikti dərinləşdirməyə hesablanıb. 

Kim Azərbaycanla Ermənistan arasında münasibətləri üst səviyyəyə çıxaracaqsa, o, tarixdə qalacaq. Paşinyan da tarixi şəxsiyyət olmaq istəyir. Rusiyanın təsir dairəsində olan zümrələri neytrallaşdırmaq, Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiya yollarını açmaq və diplomatik əlaqələri yüksək səviyyə çatdırmağı hədəfləyir. Gələcəkdə Orta dəhlizin üzərində Ermənistan da ciddi maliyyə dəstəkləri əldə etmək istəyir. Bu, geopolitik anlamda Cənubi Qafqazın birliyi üçün həm də yolun açılmasıdır. 

- Bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərtini ölkəsi üçün “qəbuledilməz” adlandırıb. Onun bu açıqlamasını necə dəyərləndirirsiniz?

- Mirzoyanın bu ifadələri işlətməsi də təsadüfi deyil. O, seçki qabağı belə bəyanat səsləndirməklə müxalifətə əks arqument verməməyi hədəfləyir. Yəni seçkiyə hesablanmış sözlərdir. Lakin bu məsələlər ikitərəfli görüşlərdə razılaşdırılıb. 

Düşünürəm ki, konstitusiya dəyişikləri olacaq. Əks təqdirdə gələcəkdə Fransa və ya ABŞ-də ermənilərin iddialarına uyğun namizəd hakimiyyətə gəlsə, revanşistlərə dəstək verə bilərlər. Üstəlik, konstitusiya onlar üçün “tutacaq” ola bilər. “Böyük Ermənistan” xülyasının konstitusiyada qalması gələcəkdə siyasi konfliktlər üçün zəmin yaratma ehtimalı var.

- Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmadan Bakı-İrəvan arasında sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması gözlənilmir. Yəni bu vəziyyətdə dəyişikliklər labüddür...

- Bəli, üç ölkə arasındakı əlaqələrin normallaşması üçün buna ehtiyac var. Sözügedən addımdan sonra tərəflər arasındakı əlaqələr sürətlə inkişaf edə bilər. Məsələn, bir müddət öncə azərbaycanlı QHT nümayəndələri İrəvana getdi. Gələcəkdə də erməni QHT üzvləri də Bakıya gələ bilər. Həmçinin, Azərbaycan Prezidentinin və ya hakimiyyət nümayəndələrinin İrəvana getməsi, eləcə də Ermənistanın Baş nazirinin və ya digər rəsmi şəxslərin Bakıya gəlməsi təəccüblü olmaz. 

Artıq proses başlayıb və yol xəritəsi bəllidir. Rusiyanın təsir dairələrini Azərbaycan-Ermənistan münasibətlərindən sıxışdırıb çıxarmaq üçün addımlar atılır. Konstitusiyadakı ərazi iddiaları üçüncü qüvvələrin əlində “alət”ə çevrilə bilər. Ermənistanda ağıllı cəmiyyət formalaşır. Onlar başqa dövlətlərə ərazi iddia edən maddələrin konstitusiyada qalmasına imkan verməyəcəklər.

- Necə düşünürsünüz, Paşinyan parlament seçkilərindən sonra Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina olunması üçün konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedə bilər?

- Bunun alternativi yoxdur. Azərbaycan və Türkiyənin bölgədə nüfuz dairəsi artır. Nəticədə, Cənubi Qafqazda konflikt yaradacaq mərkəzlərin təsir dairəsindən çıxır. Bakı və Ankara bilir ki, sözügedən maddələr Konstitusiyada qaldığı müddətdə üçüncü qüvvələrin Ermənistan üzərindən bölgəyə təsir imkanları artacaq. 

Konkret olaraq, Rusiya amili var. Gələcəkdə hansısa siyasi uğursuzluq olacağı təqdirdə, Moskva bundan istifadə edərək revanşistlər üçün əlavə stimul yarada bilər. Konstitusiya o qədər şəffaf olmalıdır ki, üç region dövlətinin mənafeyinə uyğun olsun. Hansısa sual işarəsi qalmamalıdır. Faktiki olaraq, indi Ermənistanda hüquqi zəmində Azərbaycan və Türkiyəyə ərazi iddiaları var. 

Sülh müqaviləsi imzalanmaldır. Paşinyan parlament seçkilərində qalib gələcəyi təqdirdə bu məsələ də öz həllini tapacaq. İndiki zamanda elektral bazanı küsdürmək və ya başqa qütbə yönəltmək doğru deyil. Hətta bu, siyasi cəhətdən naşılıq olardı. 

- Paşinyanın parlament seçkilərində çətinlik yaşama ehtimalı var?

- Demokratiya elə bir mürəkkəb sistemdir ki, seçki günü bəlli olacaq. İndiki zamanda baş verən proseslərin sonunda Paşinyanın reytinqi nə qədər aşağı düşsə belə, yenə də digərlərindən yüksəkdir. Koalisiya da yarana bilər. 

Burada Qərbin də dəstəyi qaçılmaz olacaq. Fransa və ABŞ-nin mövqeyi Ermənistan siyasi sisteminə təsir gücündədir. Rusiyanın mövqeyi bəllidir. Kreml konfliktə meyillidir və sülhpərvər deyil. Digərləri isə koalisiyanın Paşinyan ətrafında birləşməsi üçün açıq və ya gizli dəstək nümayiş etdirə bilərlər. Hər halda, bu gün bölgənin gələcəyi Paşinyanın şəxsindən getmir. Paşinyan xəttinin davamlılığından gedir.

- İndiki vəziyyətdə erməni cəmiyyəti konstitusiyanın dəyişməsi üçün referendumda “hə” deməsi inandırıcıdır?

- Əgər referendum keçirilsəydi, çox riskli olardı. Çünki Paşinyana “satqın” və ya “böyük ideallardan imtina edib” deyənlər var. Bəlkə fərqli nəticələr ola bilər. Yenə də bölgədə siyasi proseslərə yön verən mərkəzlərin konstruktiv cərəyan olaraq daha çox olduğunu düşünürəm. Birbaşa olmasa da, dolayı yolla təsir edə bilərlər. Nəzərə almaq lazımdır ki, islahatçı xəttin imkanları daha genişdir. Yəni proses belə getdikdən sonra referendumda da müsbət nəticə əldə etmək olar. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Ermənistan Referendum Paşinyan müsahibə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri