Icma.az
close
up
RU
Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gözlənildiyi kimi, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası qələbə qazandı. Əslində, bu seçim erməni xalqının gələcəyə baxışı kimi dəyərləndirilə bilər. Çünki seçki ərəfəsində Ermənistanın qarşısında iki yol var idi. Bunlardan birincisi regionda yeni reallıqlarla hesablaşmaq, ikincisi isə revanşizmə qayıtmaqla qarşıdurma yolunu seçmək. Ümid edək ki, Ermənistan bundan sonra da sülh prosesinə sadiq qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, seçki ərəfəsində Ermənistan cəmiyyəti ciddi qarşıdurma vəziyyətində idi:

“Çünki bu ölkədə uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunurdu. Seçki kampaniyası zamanı əsas mübarizə hakim partiyaya rəhbərlik edən Nikol Paşinyan, “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparıldı. Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırdılar. Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib.

Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Əlbəttə, bu mövqeni Paşinyan öz xoşu ilə seçmədi. 2020-ci ildən sonra Paşinyan hakimiyyəti xarici havadarlarının dəstəyinə ümid edərək Cənubi Qafqazda gərginlik mühitini saxlamağa çalışsa da, Azərbaycanın gücü qarşısında geri çəkilməli və dövlətimizin şərtlərini qəbul etməli oldu”.

Millət vəkilinin fikrincə, əgər revanşistlər seçkilərdə qələbə qazansaydılar, regionda gərginlik yenidən yarana bilərdi:

“Revanşistlər və ya Rusiyameyilli siyasi qüvvələr kimi tanınan müxalifət seçki kampaniyasında daha çox populist çıxışlar səsləndirirdilər. Əgər onlar hakimiyyətə gəlsəydi, Qarabağ mövzusunu yenidən gündəmə gətirə və ya yenidən işğalçı müharibəyə başlaya bilərdilərmi? Əlbəttə, yox. Çünki indi 1992-93-cü illər deyil. Artıq Azərbaycan nəinki regionun lideri, hətta dünyada söz sahibi olan dövlət kimi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqları pozmaq cəhdi Ermənistana baha başa gələ bilər. Ona görə də, revanşistlərin mövqeyi populizmdən başqa bir şey deyildi”.

Samir Vəliyev qeyd edib ki, artıq erməni xalqının əksəriyyəti işğalçı müharibənin və siyasətin onlar üçün nə qədər böyük fəlakətlər gətirdiyini anlayır:

“Ona görə də, sülh siyasətini davam etdirmək istəyən hakim partiyaya səs verdi. Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını, konstitusiyanın dəyişikliklərini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Zəngəzur dəhlizi (TRIPP) layihəsi isə Ermənistanı iqtisadi çətinliklərdən çıxara bilər. Əgər mövcud hakimiyyət sülh prosesinə sadiq qalsa, konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın şərtlərinə əməl etsə, o zaman sülh müqüaviləsi imzalanacaq. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyun 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri