Icma.az
close
up
RU
Əgər uşaq məktəbdə zorakılıq edirsə, bunun günahı yalnız onun valideynlərindədir Mətanət Məmmədova

Əgər uşaq məktəbdə zorakılıq edirsə, bunun günahı yalnız onun valideynlərindədir Mətanət Məmmədova

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Hər bir uşaq öz ailəsinin, yaşadığı cəmiyyətin güzgüsüdür. Biz ailələrimizdə uşaqlarla necə davranırıqsa, onlar cəmiyyətdə nələrlə qarşılaşırlarsa, bu, zamanla onlarda xarakter formalaşdırır. Bizim uşaqlarımız əvvəlki illərdəki uşaqlar kimi sakit ailələrdə, sakit cəmiyyətdə böyümürlər".

Bu sözləri Redaktor.az-a sosioloq Mətanət Məmmədova uşaqların aqressiyaya, fiziki şiddətə meyillənməsindən danışarkən dedi.

Sosioloqun sözlərinə görə, günümüzdə çoxsaylı gənc ailələr var ki, uşaqların yanında davranış qaydalarını bilmirlər, bir-birilərinə aqressiv münasibətlər nümayiş etdirirlər.

"Düşünmürlər ki, biz bunu uşağın olmadığı bir yerdə etməliyik. Uşağın yanında hər hərəkəti etmək olmaz, hər sözü danışmaq olmaz. Eləcə də bəzi valideynlər uşaqlarının yanında aqressiv epizodlarla dolu olan filmlərə tamaşa edirlər, aqressivliyi əks etdirən cizgi filmlərinə baxırlar. Bu gün uşaq yemək yeməyəndə anası hansısa videonu, filmi telefonlarda, yaxud televizorda açır və uşaqlarını ona baxa-baxa yedirdirlər. Qısaca, bəzi valideynlər öz uşaqlarını düzgün yetişdirmək barədə çətinlik çəkirlər. Bunu bütün valideynlərə şamil etmirəm, amma çoxsaylı valideynlər var ki, onlar uşaq yetişdirməyin yolunu bilmirlər. Hər bir valideyn uşağın izləyəcəyi filmləri, animasiyaları özü əvvəldən nəzərdən keçirib, sonra uşağına təqdim etməlidir. Lakin indiki dövrdə belə deyil", - deyən M.Məmmədova hesab edir ki, bu məsələdə analar daha çox günahkardır:

"Çünki uşağın tərbiyəsi ilə birbaşa ana məşğul olur. Onlar bəzən televiziya qarşısında saatlarla seriallara baxırlar, gündəlik işlərini icra etmək üçün telefonu uşağın əlinə verirlər və yaxud televizorun pultu uşağın əlində olur ki, başı qarışsın. Uşaq da istədiyi kanala baxır, telefonda istədiyi sosial şəbəkələrə girir və onun qarşısına hər cür videolar çıxa bilər. Bunlara baxdıqca təbii ki, aqressiv hallar ondan təsirsiz keçməyəcək və getdikcə fiziki şiddəti öyrənəcək. Uşağın beyni ağ bir səhifədir. O, nəyə baxırsa, mənəvi cəhətdən nə ilə qidalanırsa, o səhifədə yazılır və sabah uşaq bağçasında da, məktəblərdə də həmin aqressiyanı göstərir".

Sosiloq qeyd etdi ki, bütün bunların qarşısını almaq üçün maarifləndirmə işləri çoxaldılmalıdır.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, məktəblərdə psixoloqlar var. Xüsusilə analarla iş televiziyalarımızda verilişlər, sosial mediada çağırışlar vasitəsilə sürətlənməli və genişlənməlidir ki, valideynlər, xüsusilə analar uşaq böyütməyin, tərbiyə etməyin əsaslarını öyrənməlidirlər. Uşağı doğub dünyaya gətirmək bioloji ana olmaq deməkdir. Analıq hissinin, vəzifəsinin nədən ibarət olmağı, valideynlik hüququnun borcunun nə olduğu anlaşılmalıdır. Çünki biz cəmiyyət arasında göndərdiyimiz uşaqlarla necə valideyn olduğumuzu təsdiq edirik. Əgər uşaq cəmiyyətdə hansısa bir səhvi törədirsə, məktəbdə hansı bir aqressivliyi, fiziki zorakılığı nümayiş etdirirsə, bunun günahı yalnız onun valideynlərindədir. Ona görə də ilk növbədə valideynlər özünütərbiyəyə keçməlidirlər. Onlar ailədə davranış qaydalarını bilməsələr, ər-arvad münasibətlərini tənzimləyə bilməsələr, uşaqları sosial şəbəkələrdən kənar tuta bilməsələr, zorakılığı aşılayan filmlərdən imtina etməsələr, cəmiyyətimizdə sakit təbiətli, düzgün, sağlam uşaqlardan söhbət aça bilmərik", - deyə M.Məmmədova vurğuladı.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri