Icma.az
close
up
RU
Əhali Əsədlərdən birini asdı Kremldən reaksiya

Əhali Əsədlərdən birini asdı Kremldən reaksiya

Suriyada Bəşər Əsədin əmisi oğlunun meydanda edam edilməsi barədə Kremlin məlumatı yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva Suriyada baş verənləri diqqətlə izləyir və Dəməşqlə əlaqə saxlayır:

“Rusiya Suriyadakı vəziyyətin mümkün qədər tez sabitləşməsini görmək istəyir”.

Qeyd edək ki, hökumətin devrilməsindən sonra Əsəd ailəsinin bir çox üzvü ölkədən qaçıb. Lakin prezidentin qohumlarından bəziləri Suriyadan çıxa bilməyib. Latakiya bölgəsində toplaşan əhali Əsədin əmisi oğlunu Süleyman Hilal Əsədi Latakiyadakı meydanda edam edib.

seeBaxış sayı:72
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri