Icma.az
close
up
RU
Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? Kəskin artım var

Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? Kəskin artım var

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ötən il Azərbaycanda əhalinin borc yükü artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2024” adlı hesabatda yer alıb.
Bildirilir ki, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18% olub.
Məlumat üçün bildirək ki, borc yükü əhalinin kredit təşkilatları (bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin cəmi məbləğini göstərir. Sərəncamda qalan gəlir isə insanın maaşından (gəlirindən) vergi, sosial sığorta və digər məcburi kəsintilər çıxıldıqdan sonra əlində qalan puldur. Yəni, sərəncamda qalan gəlir xərcləyə biləcəyi real məbləği göstərir.
Ötən il Azərbaycanda sərəncamda qalan vəsaitin iqtisadi fəal əhalinin hər bir nəfərinə düşən orta aylıq məbləği 1 150 manat olub. Borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbətinin 18% olması o deməkdir ki, Azərbaycanda ötən il hər bir nəfərin banklara və BOKT-kara orta hesabla 207 manat aylıq borcu olub.
Müqayisə üçün bildirək ki, bu borc 2023-cü ildə 174 manat, 2022-ci ildə 140 manat, 2021-ci ildə 112 manat, 2020-ci ildə isə 93 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əhalinin (iqtisadi fəal əhali) banklar qarşısındakı borcları son 4 ildə 2,2 dəfə artıb.
Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15%-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib.
Hesabatda bildirilir ki, əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri