Icma.az
close
up
RU
Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır

Əhali işğaldan azad edilmiş ərazilərə bu səbəblərə görə qayıtmağa maraqlıdır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əhalinin işğaldan azad edilmiş ərazilərə sevə-sevə qayıtmasının iki əsas səbəbindən biri orada daimi məşğulluqla təmin edilə bilmələridir. Bu baxımdan Prezident İlham Əliyevin Laçında "LATIFA" tikiş fabriki və "PIRSHAGHI" ayaqqabı fabrikinin açılışını etməsi iqtisadi reinteqrasiyanın praktik mərhələsi hesab edilə bilər".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, 1,2 milyon manat investisiya ilə "LATIFA" tikiş fabrikində 30 yeni daimi iş yeri yaradılıb. Gündəlik istehsal gücü 2 min tekstil məhsul olduğu bildirilir. Buraya ev tekstili, idman geyimləri və eksklüziv dəstlər daxildir. "PIRSHAGHI" ayaqqabı fabriki isə 367,9 min manatlıq sərmayə ilə inşa olunub. 15 nəfərlik yeni məşğulluq imkanı təmin edilib. Fabrikin aylıq istehsal gücü 1500 cüt ayaqqabıdır. Burada kişi, qadın və uşaq ayaqqabıları istehsal olunacaq. Məhsullar daxili bazarla yanaşı, Avropa ölkələrinə ixrac üçün də nəzərdə tutulub:

"Nəzərə alsaq ki, hazırda Laçın Aqro-Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir və yaxın dövrdə bu rəqəm 46-ya çatacaq, deməli  gözləntilər və hədəflər kifayət qədər ciddidir. Burada mebel istehsalı, balıqçılıq, yüngül və yeyinti sənayesi, elmi-təcrübə mərkəzləri və ekoloji təmiz emal müəssisələri yaradılacağı planlaşdırılır. Bu təşəbbüslər nəticəsində bölgədə yeni iqtisadi ekosistem formalaşır. İş yerlərinin açılması, texnoloji avadanlıqlarla təchiz olunmuş istehsal sahələrinin qurulması, ixrac imkanlarının genişləndirilməsi Qarabağın və Şərqi Zəngəzurun dayanıqlı inkişafına real zəmin yaradır".

Ekspert qeyd edir ki, əhalinin bölgəyə qayıdışını stimullaşdıran əsas amillərdən biri məhz məşğulluq imkanlarının mövcudluğudur. Açılan hər bir müəssisə oraya dönən bir ailənin sosial sabitliyini təmin edən konkret faktordur.

Aysel Əkbər
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see162

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see134

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see133

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri