Icma.az
close
up
RU
Əhali və qeyriəhali qrupların enerji istehlakının əsas göstəriciləri…

Əhali və qeyriəhali qrupların enerji istehlakının əsas göstəriciləri…

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- +

Azərbaycanın enerji sektorunda texnoloji inkişafı təşviq etməklə, beynəlxalq enerji bazarlarında daha geniş iştirak imkanı yaradan innovativ enerji layihələrinin reallaşdırılması beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqdan irəli gəlir.

Hal-hazırda təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması enerji təhlükəsizliyini təmin etmək üçün dayanıqlı strategiyanın müəyyənləşdirməsini zəruri edir. Enerji təhlükəsizliyinin təmin edilməsində əhali və qeyri-əhali qruplarının enerji daşıyıcıları ilə etibarlı təminatı, enerji növlərinin şaxələndirilməsi, mövcud enerji resurslarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının tövsiyyələrinə əsaslanmaqla “Azərişıq” ASC tərəfindən enerji resurslarından səmərəli istifadə edilməsi, biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivəsində elektrik təchizatının təkmilləşdirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

2024-cü ilin oktyabr ayının 1-nə olan rəsmi məlumatlara əsasən, ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı 2790344 nəfər, qeyri-əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 188877 nəfər təşkil etmişdir. Əhali və qeyri-əhali qruplarına aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təmin etmək üçün “ASAN xidmət”, “ASAN Kommunal”, kiçik və orta biznes evlərinə və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər. “Azərişıq” ASC-də istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində müraciət və sorğulara operativ cavab verilməsi “Vətəndaş müraciətləri haqqında”, o cümlədən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunlar rəhbər tutulmaqla həyata keçirilir. Əsas məqsəd əhali və qeyri-əhali qruplarının müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnununluğunun təmin edilməsindən ibarətdir. Ölkənin enerji təhlükəsizliyinin təminatının əsas vasitəsi kimi enerji resurslarından səmərəli istifadənin təmin edilməsilə enerji effektivliyinin artırılması, energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması “Azərişıq” ASC-nin əsas hədəflərindəndir.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar “Azərişıq” ASC-nin əməkdaşlarının iştirakı ilə sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazların texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğunluğu cəmiyyətin əməkdaşları tərəfindən yoxlanılmalıdir. Əhali qrupuna aid müəyyən istehlakçılar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan sertifikatlaşdırılmayan məhsul və qurğulardan istifadə edirlər ki, bu da elektrik təchizatı sahəsində qəza hallarına gətirib çıxarır. Elektrik təchizatı şəbəkələrinə qoşulma zamanı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən, o cümlədən bu sahədə media tərəfindən maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi perspektivdə qəzaların minimal həddə enməsinə səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see490

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see277

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see207

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see125

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see123

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see119

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see118

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see117

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see116

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see115

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see115

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see115

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see114

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see113

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see113

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see113

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see111

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

04 İyun 2025 19:58see110

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

04 İyun 2025 21:29see110

WhatsApp da dəyişiklik Telefon nömrəsinə ehtiyac olmayacaq

04 İyun 2025 14:58see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri