Icma.az
close
up
RU
Əhalimizlə açıq danışmalıyıq...

Əhalimizlə açıq danışmalıyıq...

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək

Milli Məclisdə 2025-ci il üçün büdcə zərfinin müzakirəsi başlayıb. İlk iclas noyabrın 25-də keçirilib. İclasda Baş nazir Əli Əəsdov və hökumət üzvləri iştirak ediblər. Dövlət büdcəsi zərfinin müzakirəsi 3 gün davam edəcək. Parlamentin sədri Sahibə Qafarova deyib ki, büdcənin prioritetləri Silahlı Qüvvələrin potensialının artırılması və Böyük Qayıdış olacaq. Sədrin sözlərinə görə, ardıcıl həyata keçirilən düşünülmüş islahatlar sayəsində Azərbaycan regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib. Spiker bildirib ki, bu il iqtisadiyyatın əsas sektorlarında inkişaf müşahidə edilir: “Ölkəmiz yaşıl iqtisadiyyata keçidlə bağlı böyük layihələr həyata keçirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizdə əsas yerləri tutur. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır”. Sahibə Qafarova qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir: “2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib”.


"Gələn il minimum pensiyanın artırılması planlaşdırılır"

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək. Komitə sədri bildirib ki, gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeskləşdirilməsi planlaşdırılır: “Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,2 faizə endirilib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50 faiz üstələyir”. 


"Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir"

Azər Əmiraslanov bildirib ki, 2025-ci il dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb: “Vaxtilə neftin büdcə qiyməti 25-30 dollar arasında olub. Yeni çağırışlar fonunda istifadə etmədiyimiz resurslar hesabına potensial riskləri neytrallaşdırmaq mümkündür. Hazırda Dövlət Neft Fondunun ehtiyatları 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına sahib olduğunu göstərir. Fond öz əsas missiyasını yerinə yetirməkdə davam edir. Büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 17,8 faiz çox vəsait proqnozlaşdırılır. Azərbaycan regionda sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir. Bu xərclərin artımı sərhədlərimizdən kənarda bəzilərini narahat edir. Onların əsassız fikirləri ilə bağlı bəzi məqamları qeyd edim. Müdafiə xərclərinin artırılması militarist siyasət həyata keçirmək anlamına gəlmir. Hərbi xərclərin artırılması digər sahələr üzrə xərc artımı fonunda baş verir. Ölkəmizin büdcə xərclərində ən yüksək pay heç də müdafiə xərclərinə aid deyil. Büdcənin hərbiləşdirilməsi meylləri məlum ölkə üçün xarakterikdir. İşsizlik səviyyəsi 12 faizə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70 faizə, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir”.


Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, sosial sahə ölkə Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat bildirib ki, növbəti ildə səhiyyə xərclərinin 70,6%-i icbari tibbi sığortaya yönəldiləcək və İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq: “İcbari tibbi Sığorta Fondunda vəsait artımı xidmətlərin keyfiyyətinə də təsir edəcək. Səhiyyə üzrə Dövlət Proqramı çərçivəsində müalicə alanlar da icbari tibbi sığorta ilə əhatələnir. Bu keçidi sürətləndirmək lazımdır. Əhaliyə göstərilən tibbi xidmətlərdə problemlər də mövcuddur. İlkin tibbi xidmətdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi müvafiq orqanlarla birlikdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçirəcək”.


"Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər"

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər. Deputat bildirib ki, Azərbaycan indi elə inkişaf səviyyəsindədir ki, Cənubi Qafqazın hansıa ölkəsi ilə müqayisə edilməməlidir: “Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər”. S.Novruzov qeyd edib ki, Azərbaycan bu gün məcburdur ki, ermənilər tərəfindən torpaqlarımızda basdırılmış minaları təmizləməyə vəsait ayırsın: “Bu olmasaydı, həmin vəsait sosial problemlərin həllinə yönəldilərdi. Məsələn, Bolqarıstanda minadan təmizləməyə pul ayrılmır. 30 ildir bizim yaşayış yerlərimiz, xəstəxanalarımız, məktəblərimiz dağıdılıb. İndi öz qazancımızın böyük hissəsini bunların bərpasına xərcləyirik. 30 ildən artıq biz 1 milyon məcburi köçkün saxlamışıq. Azərbaycanın vəziyyəti ilə başqasını eyniləşdirmək olmaz. Bu gün Ermənistana pulsuz silahlar verilir. Azərbaycan məcburdur ki, müdafiə və təhlükəsizlik xərclərini artırsın”.


"Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir"

Siyavuş Novruzov əlavə edib ki, sənədsiz evlərin sənədləşdirməsi problemi var. Onun sözlərinə görə, evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək: "Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir".


"Qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər"

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək. Deputat vurğulayıb ki, o cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır: "Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər". Z.Oruc qeyd edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur: "Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının - 29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”.


"Neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır"

Deputat Tahir Mirkişili bildirib ki, baza ssenari üzrə neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır. O deyib ki, beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər: "Maliyyə Nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirləri 340 mln manat azalacaq. Bu halda belə hökumətin bu riski idarə etmək imkanları mövcud olacaq. Qaz qiymətləri hesab edirəm ki, baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanaçaq” kimi qəbul edilir, o zaman, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see132

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see127

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri