Icma.az
close
up
RU
Əhalinin avtobus dərdi: Problemi necə həll etmək olar?

Əhalinin avtobus dərdi: Problemi necə həll etmək olar?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bakı şəhərində ictimai nəqliyyatla bağlı problemlər hələ də davam edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqlamasına görə, şəhərdə 2 200-dən çox avtobus fəaliyyət göstərir və paytaxtın bir çox yollarında avtobus zolaqları mövcuddur.

Buna baxmayaraq, avtobuslar gecikir və vətəndaşlar dayanacaqlarda uzun müddət gözləməli olurlar. Bu vəziyyətin səbəbləri nələrdir və problemin həlli üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıdakı avtobuslar tıxaclar səbəbindən tez-tez gecikir:

“Bakı şəhərində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı məlumatlara görə, hazırda şəhərdə 2 220 avtobus istismarda olan avtobus sayıdır. Noyabr ayında isə əlavə 200 avtobusun gətiriləcəyi planlaşdırılır.

Avtobus zolaqlarının əsas məqsədi sərnişinlərin ünvana vaxtında çatmasını təmin etməkdir. Lakin avtobusların gecikməsi həm dayanacaqlarda sərnişinlərin çoxluğu, həm də Bakı və ətraf ərazilərdəki tıxaclarla bağlıdır”.

Onun sözlərinə görə, sərnişin daşımanın daha rahat təşkili üçün avtobusların sayı artırılmalıdır:

“Mövcud vəziyyət göstərir ki, 2 220 avtobus kifayət etmir və sərnişin daşımanın daha rahat təşkili üçün onların sayının 2 800-ə çatdırılması məqsədəuyğun olardı.Ümid edirik ki, həm dövlət, həm də özəl daşıyıcılar tərəfindən avtobusların sayı artırılacaq.

Tıxacların azalması və avtobus zolaqlarının genişləndirilməsi avtobusların vaxtında hərəkət etməsini təmin edə bilər”.Ekspert qeyd edib ki, avtobus zolaqları hər yerdə olmadığı üçün gecikmələr ola bilir:

“Hazırda Bakıda və ətraf ərazilərdə hər yerdə avtobus zolaqları mövcud deyil, bəzi yerlərdə onları çəkmək mümkün deyil və bu səbəbdən avtobuslar tıxaclarda qala bilirlər.

Əsas tədbirlər avtobus sayının artırılması və tıxacların azaldılmasıdır ki, sərnişinlər avtobuslardan vaxtında istifadə edə bilsinlər”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see286

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see245

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see224

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see223

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see219

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see218

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see218

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see215

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see207

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see197

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see194

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see194

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see190

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see185

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see180

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see175

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see174

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see171

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see160

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri