Əhalinin diqqətinə! Qiymətlər bahalaşdı
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6,9 faiz, qeyri-qida məhsullarının qiymətləri 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,6 faiz yüksəlib. Marqarita pizza
2026-cı ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayı ilə müqayisədə isə 5,7 faiz artıb.
Avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər aylıq müqayisədə 0,3 faiz, illik müqayisədə 7,2 faiz bahalaşıb.
Aylıq müqayisədə qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, şaftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğanın qiymətlərində artım qeydə alınıb.
Makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartof isə ucuzlaşıb.
Qeyri-qida məhsulları üzrə qiymətlər avqust ayında əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin avqust ayına nisbətən 3,7 faiz artıb. Divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatları bahalaşıb. Yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi və planşet kompüterlərin qiymətlərində isə azalma olub.
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri avqust ayında iyula nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayına nisbətən isə 5,0 faiz yüksəlib. Ay ərzində istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri artıb.
Baxış sayı:163
Bu xəbər 10 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















