Icma.az
close
up
RU
Əhalinin nəzərinə: Hava kəskin soyuyur

Əhalinin nəzərinə: Hava kəskin soyuyur

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, regiona soyuq hava kütlələrinin daxil olması səbəbilə bəzi qonşu ölkələrdə hava kəskin dəyişəcək. Moskvada temperaturun 15 dərəcəyədək enəcəyi, küləkli və yağışlı havanın müşahidə olunacağı açıqlanıb. Həmçinin Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 1-dək ölkənin rayonlarında da yağış yağacaq, şimşək çaxacaq və bəzi ərazilərdə leysan gözlənilir.

Havanın iyun ayında bu dərəcədə soyuması nə ilə əlaqədardır? Növbəti günlərdə Azərbaycanda payız havası müşahidə oluna bilərmi?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bu cür atmosfer hadisələri əvvəllər də baş verib:

“Son illərdə bu hallar artıb. Əsas səbəbi isə iqlim böhranıdır. Əvvəllər “iqlim dəyişiklikləri” termini istifadə olunurdu, artıq “iqlim böhranı” anlayışı daha doğru sayılır. Çünki dəyişikliklər sistemli və proqnozlaşdırılan proseslərdir, halbuki böhran gözlənilməz nəticələrə yol açan təhlükəli proseslərdir. Qeyri-adi hava hadisələri qəfil soyuq hava axınları, leysan yağışları, dolu, sulu qar məhz bu iqlim böhranının nəticəsidir”.

Ekspert qeyd edib ki, bu proseslər kənd təsərrüfatına da ciddi təsir edir:

“Məhsuldarlıq azalır, təbiət hadisələri məhsullara ziyan vurur. İnsan orqanizmi də bu dəyişikliklərə biganə qalmır. Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün bu dəyişikliklər təhlükəlidir. Onlarda ürək-damar və tənəffüs problemləri kəskinləşə bilər. Eyni zamanda, sel və daşqın riski artır. İsti hava dalğalarından sonra qəfil yağışlar çaylarda daşqınlara səbəb ola bilər”.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli isə bildirib ki, yaxın günlərdə soyuq hava kütlələri ölkəmizə daxil olacaq:

“Bu soyuq hava Rusiyanın şimalından gəlir. Soyuq hava dalğası bizim regiona da təsir edəcək. Lakin bu, klassik payız havası deyil. Azərbaycanda yağışlar və küləkli hava müşahidə olunacaq. Bakıda yağış ehtimalı çox azdır. Sabah və növbəti gün daha güclü küləklər gözlənilir. Bəzən külək yağışların da qarşısını alır. Soyuğun birdən düşməsi payız əhvalı yarada bilər, amma bu, uzunmüddətli deyil. Hava cəmi bir-iki gün belə davam edəcək və sonra yenidən dəyişə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 İyun 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri