Icma.az
close
up
RU
Əhalinin NƏZƏRİNƏ: Qaz tarifləri ilə bağlı mühüm qərar verildi

Əhalinin NƏZƏRİNƏ: Qaz tarifləri ilə bağlı mühüm qərar verildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib.

Sənəd ölkədə enerji təsərrüfatının idarə olunması və gələcəkdə bazar prinsiplərinə əsaslanan mexanizmlərin tətbiqi istiqamətində mühüm addım hesab olunur.

Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Bu dəyişikliklər nə vəd edir?

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Bizim.Media-ya açıqlamasında bildirib ki, bu qərar Azərbaycanın neft gəlirlərinin azaldığı bir dövrdə enerji təsərrüfatının daha səmərəli işləməsi üçün atılıb:

Həmçinin oxuyun:

İşıq və qaz pulu ödənişində yeni QAYDA – VİDEO

“Dəfələrlə cənab Prezident vurğulayıb ki, qaz xətlərinin çəkilişi, müxtəlif kapital qoyuluşları dövlətin hesabına həyata keçirilir. Ancaq bundan sonra həmin təsərrüfat subyektləri-yəni “Azəriqaz” və “Azərişıq” –  elə işləməlidirlər ki, mənfəətli olsunlar və bu mənfəətdən də yenidən öz işlərinin səmərəliliyini artırmaq üçün yatırım edə bilsinlər”, – deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, sərəncamda nəzərdə tutulur ki, 2028-ci ilə qədər paylayıcı sistemlər tamamilə yenidən qurulmalı, bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərməlidir:

“İndiyə qədər biz görürdük ki, dövlət bütün xərcləri ödəyir, amma nəticədə enerji sektoru, su təsərrüfatı kimi xidmət sahələri xərclərini və borclarını qarşılaya bilmirdi. Çünki nə rəqabət var idi, nə də bazar iqtisadiyyatına keçid mexanizmi tətbiq olunurdu. İndi isə mərhələli şəkildə bu proses başlayır”,  – deyə o bildirib.

İlham Şaban əlavə edib ki, qəbul olunan “Elektroenergetika haqqında” qanun da monopoliyaların məhdudlaşdırılması, bazarda rəqabətin artırılması və istehlakçının seçim imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Ekspert hesab edir ki, yeni mərhələdə əsas hədəf xidmət keyfiyyətinin yüksəldilməsi və enerji təsərrüfatında şəffaf, dayanıqlı idarəetməyə nail olmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri