Icma.az
close
up
RU
Əhalinin nəzərinə: Sizdə bu əlamətlər varsa… Yeni təhlükə

Əhalinin nəzərinə: Sizdə bu əlamətlər varsa… Yeni təhlükə

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə mövsümi respirator xəstəliklərin artması fonunda COVID-19-un virusu yenidən gündəmə gəlib. TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda ölkəmizdə koronavirusa yoluxanlar var.

Sitat: “Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb”.

Hazırda COVID-19-un digər respirator xəstəliklərlə yanaşı mövsümi şəkildə artması nə dərəcədə təhlükəlidir? Əhali nəyə diqqət etməlidir?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, hazırda koronavirusun digər respirator xəstəliklərlə paralel şəkildə artması mövsümi bir prosesdir və gözlənilən haldır:

“Lakin bu artım təhlükəli də ola bilər. Qrip, RSV, adenovirus kimi infeksiyalar eyni vaxtda aktivləşdiyi üçün xəstəlik daha sürətlə yayıla, xüsusilə də risk qruplarında ağırlaşmalara səbəb ola bilər. Bu gün müşahidə etdiyimiz COVID-19 ştammları ümumilikdə daha yüngül gedişlidir, amma bir neçə respirator virusun eyni anda dövr etməsi immun sistemi zəif olan insanlar üçün daha ciddi problem yaradır”.

Terapevt qeyd edib ki, əhali ehtiyat tədbirlərinə diqqət etməlidir:

“Qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq, dad-qoxu itkisi, baş ağrısı kimi əlamətlər olduqda insanlar özlərini izolyasiya etməli və həkimə müraciət etməlidirlər. Diabet, ürək-damar, astma, autoimmun xəstəlikləri və zəif immun sistemi olan şəxslər respirator infeksiyalara qarşı daha ehtiyatlı davranmalıdır. İctimai yerlərdə əl gigiyenasına əməl etmək, insan sıxlığında maskadan istifadə, tez-tez havalandırma aparmaq infeksiyanın yayılmasının qarşısını almağa kömək edir. Xəstəlik simptomları olan şəxslərin sosial təmasları məhdudlaşdırması həm özlərini, həm də ətrafdakıları qorumaq üçün vacibdir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri