Icma.az
close
up
RU
Əhalinin NƏZƏRİNƏ Yeniyetmələrlə bağlı yeni qadağa GÜNDƏMDƏ

Əhalinin NƏZƏRİNƏ Yeniyetmələrlə bağlı yeni qadağa GÜNDƏMDƏ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay aylarında çimərliklərə üz tutanlar arasında yeniyetmələrə tez-tez rast gəlinir. Bəzən onların dostları ilə, valideynləri olmadan dənizə getdikləri müşahidə olunur. Bu isə xüsusilə nəzarətsiz və təhlükəli çimərliklərdə, çaylarda ciddi risk yaradır. Çünki bir neçə dəqiqəlik diqqətsizlik belə faciə ilə nəticələnə bilər. Bu da son aylarda suda boğulanlar arasında yeniyetmələrin olmasına gətirib çıxarır.
Bəs yetkinlik yaşına çatmayan uşaqların valideynsiz çimərliyə getməsinə nəzarət necə həyata keçirilməlidir?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, çimərlikdən istifadə ilə bağlı xüsusi standart qaydalara əməl edilməlidir:
“Dənizdən istifadə hər bir vətəndaşın təbii haqqıdır. Lakin bu hüquq təhlükəsizlik qaydalarına əməl olunması ilə paralel getməsi məqsədəuyğundur. Çimilməsi qadağan olunan ərazilərdən uzaq durmaq, küləkli və dalğalı havada dənizə girməmək kimi qaydalara riayət etmək vacibdir”.
O qeyd edib ki, üzgüçülüyü yaxşı bilmək belə dənizdə təhlükədən tam sığortalanmaq demək deyil. Xüsusilə təcrübəsiz şəxslər dalğanın təsiri ilə müvazinətini və nəzarəti itirə, nəticədə boğulma təhlükəsi ilə üzləşə bilərlər.
Nəzarət və müşahidə mexanizmləri gücləndirilməlidir
Sosioloq hesab edir ki, çimərliklərdə nəzarət və müşahidə mexanizmlərinin gücləndirilməsi vacibdir. Bununla yanaşı, əhalinin, xüsusilə yeniyetmələrin təhlükəsizlik qaydaları barədə davamlı maarifləndirilməsi də önəmlidir. Onun fikrincə, bu iş yalnız mövsümi xarakter daşımamalı, çimərliklərdə xəbərdaredici lövhələr, sosial layihələr və maarifləndirici aksiyalar vasitəsilə davamlı aparılmalıdır.
Bu sahədə nə qədər çox məhdudiyyət qoyularsa, o qədər ondan yayınmağa çalışanların sayı artacaq
Yeniyetmələrin böyüklərin nəzarəti olmadan çimərliyə getməsinə toxunan N.Niftəliyevin sözlərinə görə, burada həm valideynlərin, həm də məktəbin üzərinə mühüm məsuliyyət düşür. Uşaqlara dənizdə təhlükəsizlik qaydaları izah edilməli, riskli vəziyyətləri düzgün qiymətləndirmək və məsuliyyətli davranmaq bacarığı formalaşdırılmalıdır.
Ekspertin fikrincə, problemin həlli yalnız qadağalarla məhdudlaşmamalıdır.
Valideynlər, müəllimlər və yaxın ətraf yeniyetmələr üçün düzgün davranış nümunəsi göstərməli, təhlükəsizlik qaydalarının əhəmiyyəti onlara davamlı şəkildə izah edilməlidir.
Xədicə Paşayeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri