Icma.az
close
up
RU
Əhalinin üz tutduğu məşhur kənd yolsuzluqdan əziyyət çəkir XOŞBULAQDAN XOŞ OLMAYAN TƏƏSSÜRAT

Əhalinin üz tutduğu məşhur kənd yolsuzluqdan əziyyət çəkir XOŞBULAQDAN XOŞ OLMAYAN TƏƏSSÜRAT

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlı saxlaması imkansız əhalini yay aylarında dincəlmək üçün dağ rayonlarına getməyə vadar edir.

Adətən istirahət üçün Gürcüstana üz tutan Gəncəbasar bölgəsinin  sakinləri də  bu imkandan məhrum olduqları üçün ətraf dağ rayonlarına gedirlər.

Belə yaşayış məntəqələrindən biri də Daşkəsənin Xoşbulaq kəndidir. Olduqca sərin və müalicəvi əhəmiyyətli təmiz havası olan Xoşbulaqda imkanlı vəzifəli şəxslərin çoxsaylı villaları da var.

Bir neçə gün əvvəl Daşkəsənin 95 illik yubleyi çərçivəsində adıçəkilən kənddə yarmarka təşkil olunmuşdu.

Gununsesi.info-nun əməkdaşı da minlərlə insanın qatıldığı yarmakada iştirak edib. Tədbir haqqında yerli icra hakimiyyətinin press-relizini dərc etsək də diqqəti başqa bir məsələyə yönəltmək qərarına gəldik.

Rayon məkəzindən təxminən 10 km məsafədə yerləşən Xoşbulağa asfalt yol çəkilib.

Ancaq turist axınının çox olduğu bu kəndin içərisindəki yollar isə Xoşbulağın ölkə ilə bir olan məşhur adına yaraşmır.

Açığı adıçəkilən kəndə yolumuzu salanda düşünürdük ki, dillər əzbəri olan bu kənd özünün abad yolları, küçələrinin təmizliyi ilə göz oxşayır.

Ancaq düşündüklərimizin əksinin şahidi olduq.

Səfalı təbiətilə əhatə olunan kənd yolları keçilməz vəziyyətdədir. Küçələrinin hər tərəfi isə zibil  poliqonunu xatırladan Xoşbulaq kəndindəki zibilliklər  isti havanın təsirindən ətrafa üfunət saçır.

Təbii ki, burada yerli icra hakimiyyəti ilə yanaşı dövlətin aiddiyyatı qurumlarının da görməli olduğu işlər var.

Yol çəkilişi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  kənd yollarına vəsait ayırmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi kənd ölkənin ən çox insan axınının etdiyi bir kənddir.

Hətta bu  kənddə ölkə başçısının rəsmi iqamətgahı da var.

Təkcə bu fakt kifayyət edir ki,  Azəravtoyol kəndin yollarına əncam çəksin.

Yerli icra hakimiyyətinin üzərinə düşən isə yol kənarlarını zibilliklərdən təmizlətməkdir. Küçələrdə zibil qutuları yerləşdirmək də vacibdir.

Kənd sakinləri  deyir ki, Xoşbulağın adını eşidib buraya gələnlər gördüklərinə inana bilmir.

Bizim inana bilmədiyimiz kimi…

Pərviz

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2052

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see224

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see159

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see128

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri