Əhaliyə ŞAD XƏBƏR: “Sənədsiz həyət evlərinə amnistiya verilməsi gözlənilir”
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
2024-cü ilin ilk 2 rübündə torpaq sahələri və həyət evlərinə olan maraq kəskin sürətdə azalıb. Çıxarışı olmayan torpaqlarda tikilən əmlaka kommunal xətlərin çəkilməsi ilə bağlı tətbiq olunan qadağa və fərdi yaşayış evlərinin bəzilərində tətbiq edilən söküntü alıcıları baha da olsa, çıxarışlı əmlaklar almağa sövq edib.
Bu tendensiya növbəti ildə də davam edəcəkmi?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Anar Nəsirov bildirib ki, sənədsiz əmlakla bağlı nəzərdə tutulan onlayn portal fəaliyyətə başlasa, sözügedən vəziyyət dəyişə bilər:
“Həyət evlərinin və torpağın qiymətlərinə təsir edən keçən ildən qüvvəyə minən qanun olub. Artıq alıcıların sənədsiz torpaqlara marağı xeyli azalıb. Çıxarışı olmayan həyət evləri və torpaqların qiyməti olduqca ucuzlaşıb. Lakin əksinə, çıxarışlı əmlakın dəyərində bahalaşma özünü göstərir.
Əvvəlki tələb o zaman artar ki, həyət evlərinin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulan onlayn platforma istifadəyə verilsin və sənədləşdirməyə başlanılsın. Yaxın vaxtlarda sənədsiz həyət evlərinə amnistiya verilməsi gözləniləndir. Düşünürəm ki, bundan sonra vətəndaşlar daha çox torpağa üstünlük verəcəklər”.
Ekspert qeyd edib ki, hazırda alıcıların bir çoxu məcburən mənzil almalı olurlar:
“Bazarda əmlak qiymətləri od tutub yanır. Bu da o deməkdir ki, insanlar daha çox sənədli evlərə üstünlük verir. Vətəndaş bilsə ki, 2-3 sot sənədli torpaq alıb sonra isə yavaş-yavaş onu tikə biləcək, torpaq almağa daha çox üstünlük verər. İnsanlar çarəsizlikdən mənzil alır. Alıcıların 90-95 faizi məcburdur bina evlərinə üstünlük versin. Əgər sənədsiz həyət evlərinin qeydiyyata alınması prosesi başlansa və torpaqlara da çıxarış verilsə, alıcıların ən az 60 faizi torpaq sahələrinə yönələcək”.
Baxış sayı:114
Bu xəbər 28 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















