Icma.az
close
up
RU
Əhaliyə ŞAD xəbər: təqaüd və müavinətlər artırılır

Əhaliyə ŞAD xəbər: təqaüd və müavinətlər artırılır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu il müavinət və təqaüdlərdə də növbəti artımlar ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paket çərçivəsində minimum əməkhaqqı 16 faiz artımla 400 manata çatdırılıb:

"Müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib, yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək".

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, sosial ödənişlərin artırılması ilə yanaşı, məşğulluğun təminatına yönələn proqramlar getdikcə daha da genişləndirilir, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işləri davam etdirilir.

İclasda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 mln. manat çox olmaqla 2 mlrd. 14 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil etdiyi bildirilib.

Bu dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 mln. manat və ya 10 faiz çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 mln. manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 mln. manat ödənildiyi qeyd olunub.

Bu ilin birinci rübündə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.

Eyni zamanda yanvar-mart aylarında 11,6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27,9 min şəxsin reabilitasiya xidmətləri, 4,5 min şəxsin 29,4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri