ƏHALİYƏ XƏBƏRDARLIQ: Bu cür satılan meyvə tərəvəzləri almayın
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda ənənəvi bazarlarda açıq havada satılan meyvə və tərəvəzlərin sağlamlığa mənfi təsiri ilə bağlı narahatlıq artır.
Maraqlıdır, Meyvə və tərəvəzlərin açıq havada satılması onların dadına və keyfiyyətinə necə təsir edir? Gələcəkdə açıq bazarlarda meyvə-tərəvəz satışı tam qadağan oluna bilərmi?
Bizim.Media xəbər verir ki, qida məsələləri üzrə ekspert İlkin Şirinov “konkret.az”a açıqlamasında bildirib ki, meyvə və tərəvəzlərin açıq havada satışı onların dadına və keyfiyyətinə ciddi təsir göstərir.
Günəş şüası altında uzun müddət saxlanılan məhsulların həm qida dəyəri azalır, həm də sağlamlıq üçün təhlükə yaranır:
“Bu cür şəraitdə meyvə-tərəvəzlərdə vitaminlərin parçalanması, çürümə prosesinin sürətlənməsi və bakteriyaların çoxalması müşahidə olunur. Kartof kimi bəzi məhsullarda isə günəş təsiri ilə zəhərli maddələr əmələ gələ bilər. Əlavə olaraq, küçə satışında gigiyenik nəzarət olmadığından mikrobların yayılması riski artır. Bu da xüsusən uşaqlar, xroniki xəstəliyi olan insanlar üçün təhlükə yaradır”, – deyə ekspert bildirib.
Qida eksperti Seymur Qafarov isə məsələni şərh edərək bildirib ki, bazar mədəniyyəti qədim ənənəyə malikdir və tamamilə qadağan olunması real görünmür:
“Bu gün ərzaq məhsulları həm supermarketlərdə, həm də dövlət nəzarətində olan bazarlarda satılır. Bazarlarda məhsullar daha tez dəyişdirilir, qiymətlər isə alıcılar üçün münasib olur.
Dövlət qurumları son illər bazarlarda ət və süd məhsullarının soyuducularda satılmasına, pendir və digər tez xarab olan məhsulların açıqda saxlanmamasına xüsusi diqqət yetirir. Bu, insan sağlamlığını qorumaq və əlavə risk faktorlarının qarşısını almaq üçündür. Lakin bazarların tamamilə ləğvi mümkün deyil. Çünki bazar anlayışı həm tarixi, həm də sosial baxımdan cəmiyyətin ayrılmaz hissəsidir”, – deyə o, vurğulayıb.
Beləliklə, mütəxəssislər hesab edirlər ki, açıq havada meyvə-tərəvəz satışının sağlamlıq üçün riskləri yüksək olsa da, bazar mədəniyyəti və bazarların mövcudluğu gələcəkdə də qorunub saxlanacaq. Sadəcə olaraq, bu sahədə gigiyenik tələblərin və nəzarətin gücləndirilməsi vacibdir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 22 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















