Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul və ümumilikdə Mərmərə bölgəsində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, məlumata görə, fevralın 2-dən etibarən havanın temperaturu 5 dərəcədən aşağı düşəcək, bölgədə şiddətli yağış və fırtına gözlənilir. Bu durum fevralın 4-dək davam edə bilər.
Açıqlamada deyilir:
“İstanbul başda olmaqla Mərmərə bölgəsində bu gündən etibarən fasilələrlə yağışlar, bəzi yerlərdə isə fırtına ilə müşayiət olunan güclü yağışlar gözlənilir. Bazar ertəsindən etibarən bölgəyə daxil olacaq soyuq hava kütləsi ilə temperaturun kəskin enəcəyi proqnozlaşdırılır. Xüsusilə Silivri, Çatalca, Arnavutköy, Böyükçekmece və Başakşehir kimi qərb rayonlarında yağıntıların sulu qar və qara keçəcəyi ehtimal edilir”.
İstanbul valiliyi də sosial media hesabında Meteorologiya Baş İdarəsinin 4 günlük hava proqnozunu paylaşaraq, bazar günündən etibarən temperaturun azalacağına diqqət çəkib.
Vətəndaşların mümkün fəsadlara qarşı tədbirli olmaları tövsiyə edilir. /Musavat.com/
Baxış sayı:71
Bu xəbər 01 Fevral 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















