ƏHALİYƏ XƏBƏRDARLIQ: Fevralın 15 i axşam saatlarında BAŞLAYACAQ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Bu gün, 14 fevral və sabah Yer kürəsində maqnit qasırğası gözlənilmir.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, qısa müddətli lokal aktivlik ehtimalı olsa da, ümumilikdə geomaqnit şərait əsasən sakit qalacaq.
Bununla yanaşı, fevralın 15-i axşam saatlarına doğru və 16-sı günün əvvəlində Günəşdəki tac dəlikdən çıxan yüksək sürətli axının Yerə çatacağı proqnozlaşdırılır. Bu baş verərsə, G1 səviyyəli (zəif) maqnit qasırğası yarana bilər.
Digər meteoroloji platforma olan "Meteoagent" də fevralın 15-də geomaqnit aktivliyin artacağını, lakin bunun maqnit qasırğası səviyyəsinə çatmayacağını bildirib.
Maqnit qasırğası nədir?
Maqnit qasırğaları Günəşdə baş verən alışmalar və tac kütləsinin püskürməsi nəticəsində yaranır. Yüklü hissəcik axınları Yerə çataraq planetin maqnit sahəsində dalğalanma yaradır və bu proses maqnit qasırğası adlanır.
Belə dövrlərdə qütb parıltıları güclənə bilər, peyk rabitəsi, naviqasiya və kommunikasiya sistemlərində müəyyən nasazlıqlar mümkündür. Geomaqnit aktivlik G1-dən G5-ə qədər şkala ilə, zəifdən ekstremal səviyyəyə qədər qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, meteohəssas insanlarda maqnit qasırğaları bəzən baş ağrısı, yorğunluq və təzyiq dəyişkənliyi kimi hallar yarada bilər. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 14 Fevral 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















