Icma.az
close
up
RU
Əhaliyə XƏBƏRDARLIQ: İnternetdə insanların yoluxduğu ölümcül xəstəlik YAYILIR

Əhaliyə XƏBƏRDARLIQ: İnternetdə insanların yoluxduğu ölümcül xəstəlik YAYILIR

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəqin ki, çoxumuz orqanizmimizdə yaranan hər hansı bir narahatlıq, fiziki şikayətlə bağlı həkimə getmədən öncə internetdə araşdırma edirik. İnternetdə rast gəlinən qeyri-dəqiq məlumatlar əsasında  diaqnoz qoyuruq. Bu bəsit görünən həll metodu çox zaman xəstəliklə bağlı şübhələrin artmasına səbəb olur.
Həddindən artıq axtarış isə şübhələrin artmasına və narahatlığın ciddi bir problemə çevrilməsinə yol açır.
Yəni əslində ciddi bir xəstəlik olmadığı halda insanın o anda yaşadığı stress narahatlıq, qorxu və ya depressiya kimi emosional vəziyyətlər bədənin fiziki vəziyyətinə də təsir göstərir. Məşhur bir ifadədə də qeyd olunduğu kimi: Hər şey beyində başlayır.
 

Sən demə insanların internetdə qarşılaşdıqları qeyri-dəqiq və qorxuducu tibbi məlumatlardan təsirlənərək özlərini çoxsaylı xəstəliklərlə əlaqələndirmələri də xəstəlik imiş. Bu fenomenə pxisologiyada ‘Siberkondriya’ adı verilir.


İnternetdən yoluxan bu “xəstəlik”  insanların sağlamlıqla bağlı yanlış düşünmələrinə səbəb olur. Bununla yanaşı, həddindən artıq narahatlıq və təlaş yaratmaqla, insanların həyat keyfiyyətini aşağı salır. Səhv diaqnozların qoyulmasına və yanlış müalicə metodlarına yönlənmələrinə gətirib çıxarır. “Siberkondriya yalnız psixoloji təsir göstərmir. Həmçinin lazım olmayan dərmanlardan istifadəni də artırır.  
Mütəxəssislər bildirirlər ki, internetdən istifadə artdıqca bu xəstəliyə yoluxma riski də artan dinamika ilə davam edəcək.
Bəs, bununla necə mübarizə aparmaq olar?
Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, psixoloq və psixiatrlar tərəfindən Siberkondriya ilə bağlı diaqnoz qoyulmur. Onun sözlərinə görə, bu, xəstəlik olmadığı üçün dərmanlarla müalicə edilə bilmir.
“Lakin simptomlardan müəyyən edə bilirik.  Siberkondriya ayrıca deyil, xəstəliklərin arasında bir qoldur. Bu da internetdə daha çox zaman keçirərək xəstəliklər haqqında araşdırmaq, müəyyən xəstəliklər haqqında məlumat almaqdır. Səbəblər müxtəlifdir. İnsan var ki, o çox bilgiyə sahib olmaq istəyir. Elə insanlar da olur ki, xəstədirlər və öz xəstəlikləri haqqında həddən artıq çox məlumat əldə etmək istəyirlər. Buna səbəb öz xəstəliklərini idarə etməkdir. Bəzilərinin isə sadəcə bir işlə məşğul olmağa ehtiyacı var. Lakin ən başlıca məsələ psixoloji narahatlıqla bağlıdır”, - o deyib.
Müsahibimiz bunun müalicəsinin yalnız psixoloqla mümkün olduğunu deyir.
“Məsələnin əsas mahiyyəti öyrənilir, kökündə dayanan problem araşdırılır. Bu zaman şəxsin problemi mütəxəssis  tərəfindən aşkarlanır və müalicə edilir. Ümumiyyətlə birşey həyat tərzinizə mane olursa, o problemdir”,- deyə F.Mehmanqızı fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Mart 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri