Əhliman Əmiraslanov mənə təqdimat yazmalıdır Rektordan Mehdiyevin gəlini ilə bağlı açıqlama
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident Administrasiyasının sabiq rəhbəri, haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin gəlini, Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının müalicə işləri üzrə direktor müavini, II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri Nigar Mehdiyevanın işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb.
Mia.az-ın məlumatına əsasən, manset.az yayılan xəbərlə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxlayıb.
O, açıqlamasında Nigar Mehdiyevanın vəzifəsindən azad edilməsi üçün Onkoloji klinikanın direktoru Əhliman Əmiraslanovun təqdimat verməsi lazım olduğunu bildirib:
"Hazırda onun işdən çıxarılması ilə bağlı məndə məlumat yoxdur. Onkoloji klinika Tibb universitetinin nəzdində olsa da, müstəqil bir qurumdur, o qurumun rəhbəri var. Nigar Mehdiyevanın işdən azad edilməsi üçün həmin klinikanın rəhbəri, millət vəkili Əhliman Əmiraslanov mənə təqdimat yazmalıdır. Bundan sonra onunla bağlı qərar verilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















