Icma.az
close
up
RU
Əhliman Əmiraslanov türkiyəli nümayəndələrlə görüşdü FOTOLAR

Əhliman Əmiraslanov türkiyəli nümayəndələrlə görüşdü FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 3-də Milli Məclisdə parlamentin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  ölkəmizdə səfərdə olan Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti ilə görüşü keçirilib. 

"Unikal" xəbər verir ki, qonaqları salamlayan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən söz açıb. Komitə sədri Azərbaycan və Türkiyə dostluğunun köklərinə nəzər salıb, Şuşa Bəyannaməsini müttəfiqliyimizin ən yüksək ifadəsi kimi qiymətləndirib.

O, parlamentlərimiz arasındakı əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin irəli sürülməsinə mühüm töhfə verdiyini vurğulayıb. Əhliman Əmiraslanov bu əməkdaşlığın genişləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətini qeyd edərək, tərəfdaşlıq imkanlarının dəyərləndirilməsinin, işgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsinin və birgə layihələrin təşviqinin vacibliyini diqqətə çatdırıb.

Qars Təhsil və Mədəniyyət Vəqfinin İdarə heyətinin sədri Kamil Salduz çıxışında Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, vəqfin Türkiyədə müxtəlif biznes sahələrində uğur qazanmış Azərbaycan əsilli qarslılar tərəfindən təsis edildiyini bildirib, qurumun məqsədləri və gələcək planları barədə məlumat verib. Kamil Salduz iki qardaş ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, birlik və həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, rəhbərlik etdiyi vəqfin Azərbaycan ilə Türkiyə arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovun, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun,  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyevin, deputatlar - Məlahət İbrahimqızının, Tənzilə Rüstəmxanlının, Cavanşir Paşazadənin iştirak etdikləri görüşdə çıxış edənlər ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri