Əhməd Davudoğlu həbs oluna bilər araşdırma başladı
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barədə araşdırma başladılıb.
Modern.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu Davudoğlunun sosial şəbəkələrdə paylaşdığı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir xarakterli ifadələr ehtiva etdiyi qiymətləndirilən sözləri ilə bağlı istintaq başladıb.
Bildirilib ki, Davudoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin prezidentə təhqiri nəzərdə tutan 299-cu maddəsinin 1-ci bəndi əsasında araşdırma aparılır. Həmin maddəyə əsasən prezidentə təhqir cinayətinə görə 1 ildən 4 ilədək həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Türkiyənin baş naziri olub. O, həmçinin uzun illər Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyində təmsil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















