Icma.az
close
up
RU
Əhməd haradadır? filminin qəhrəmanı Səyavuş Şəfiyevin doğum günüdür

Əhməd haradadır? filminin qəhrəmanı Səyavuş Şəfiyevin doğum günüdür

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan aktyoru, sirk ustası, Azərbaycan SSR Əməkdar artisti Səyavuş Şəfiyevin anadan olmasından 88 il ötür.

Oxu.Az xatırladır ki, o, 1937-ci Qaryagin rayonunda (Azərbaycan SSR) dünyaya göz açıb.

Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Səyavuş Şəfiyev boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edib. Moskvaya gəzməyə gələn Səyavuş Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verib. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilib. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Səyavuş Şəfiyev tezliklə öz işinin peşəkarına çevrilib. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayıblar.

1972-ci ildə Səyavuş Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilib. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanıb. Burda bir neçə il işlədikdən sonra Səyavuş Şəfiyev yenidən Moskvaya çağırılıb və məşhur "Səhnədə sirk" Birliyinin quruluşçu rejissoru təyin edilib.

Sirk rejissoru kimi də özünü sınayan Səyavuş kino rejissorlarının diqqətini cəlb edib. O, ilk dəfə olaraq, "Əhməd haradadır?" filminə çəkilib.

"Əhməd haradadır?" filminin qəhrəmanı Səyavuş Şəfiyevin doğum günüdür

Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalıb. "Burjua-meşşan elementləri ilə zəngin" film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş - "nahaq çəkildim", - deyib. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilib və Azərbaycanın kult-filminə çevrilib. S.Şəfiyev deyirmiş ki, "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi".

Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış:

"Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdır. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim - "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…", - deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".

Bundan sonra o, Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində "prorab Rüstəm" obrazını yaradıb. Film Gürcüstanda keçirilən festivalda mükafat alıb.

Daha sonra Səyavuş Şəfiyev "Ən vacib müsahibə" filmində "jurnalist Altay" obrazını yaradıb.

Siyavuş Şəfiyev SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub.

1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infarktdan sonra Şəfiyev sənəti tərk edib. Bir daha səhnəyə və incəsənətə qayıtmayıb.

2001-ci il noyabrın 24-də Moskvada vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri