Icma.az
close
up
RU
Əhməd İsmayılov Burhanettin Duranla görüşüb

Əhməd İsmayılov Burhanettin Duranla görüşüb

Icma.az, Operativ MM saytına istinadən bildirir.

“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MEDİA-dan məlumat verilib.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir. Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə–Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.

Azərbaycanda dezinformasiya problemi ölkənin beynəlxalq nüfuzu artdıqca daha qabarıq şəkildə özünü göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Əhməd İsmayılov bildirib ki, xüsusilə Azərbaycanda böyük beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif qarayaxma və dezinformasiya kampaniyalarına şahidi olunur.

Onun sözlərinə görə, bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik yaratmaq məqsədi daşıyır və çox vaxt ölkənin reputasiyasına zərər vurmağa yönəlmiş yalan məlumatlar formasında ortaya çıxır.

İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake” texnologiyaları, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya hallarının artdığını vurğulayıb. Bu cür hallar ölkələrin imicinə və daxili ictimai həyatına ciddi təsir göstərməklə yanaşı, beynəlxalq sabitliyə zərbə vurur və dövlətlər arasında etimadı sarsıdır.

Əhməd İsmayılov Prezident İlham Əliyevin mövqeyinə istinad edərək bildirib ki, informasiya təxribatları beynəlxalq xarakter daşıyır və təkcə ölkələrin imicini zədələmir, eyni zamanda, mediaya olan ictimai etimadı da zəiflədir.

O xatırladıb ki, Şuşa şəhərində keçirilən Qlobal Media Forumları çərçivəsində dünyanın nüfuzlu media nümayəndələrinin və ekspertlərin iştirakı ilə rəqəmsal mühitdə medianın gələcəyinə dair geniş müzakirələr aparılır.

İcraçı direktor qeyd edib ki, bu ilin iyul ayında keçirilən Üçüncü Şuşa Qlobal Media Forumunda süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi məsələləri müzakirə olunarkən əsas diqqət dezinformasiya ilə mübarizədə media savadlılığının artırılmasına yönəldilib.

O, həmçinin Türkiyə–Azərbaycan birgə media platforması çərçivəsində və digər türk dövlətləri ilə keçirilən birgə forumlar və mötəbər tədbirlərdə dezinformasiya ilə mübarizə məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əhməd İsmayılov hazırda Azərbaycanda media savadlılığı həftəsinin keçirildiyini diqqətə çatdırıb: “Hər il dekabr ayında biz bütün ölkədə media savadlılığı həftəsi elan edir və il boyu bu istiqamətdə gördüyümüz işlərlə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiririk. Bu, son illər bizim ölkəmizdə formalaşmış yaxşı ənənə kimi cəmiyyət tərəfindən maraqla qarşılanır”.

Əhməd İsmayılov vurğulayıb ki, transmilli informasiya siyasəti və milli sərhədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına, cəmiyyətlərin vəziyyətinə ciddi təsir göstərməkdədir.

Əhməd İsmayılov qeyd edib ki, beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir: “Bu baxımdan qardaş türk dövlətləri ilə birgə əməkdaşlığa, fikir mübadiləsinə hazırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri