Icma.az
close
up
RU
Əhməd İsmayılov: Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır

Əhməd İsmayılov: Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır

Mia.az saytına istinadən Icma.az xəbər verir.

"Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır".

Bunu “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir:

“Rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin çox zaman dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir. Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır.

Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir.

Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır. Bu kontekstdə media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir. Sorğulayıcı düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını şərtləndirən əsas amillərdəndir.

Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması, media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanunda media savadlılığı anlayışının ilk dəfə hüquqi müstəvidə təsbit edilməsi və bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsinin Medianın İnkişafı Agentliyinə həvalə olunması bu istiqamətdə atılmış mühüm institusional addımdır”/APA.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri