Icma.az
close
up
RU
Əhməd Rəcəblidə yolun inşası niyə ləngiyir? Sahibkarlar narazıdır

Əhməd Rəcəblidə yolun inşası niyə ləngiyir? Sahibkarlar narazıdır

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Nərimanov rayonunun Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yeni yolun salınması ilə bağlı təmir işləri ləngiyir.

“Qafqazinfo” xəbər verir ki, bu vəziyyət daha çox yolun ətrafındakı obyektlərin fəaliyyətinə mənfi təsir göstərir.

Artıq bir müddətdir ərazidə fəaliyyət göstərən obyekt sahibləri dairədə aparılan işlərin gedişatından şikayət edirlər. Sahibkarların sözlərinə görə, 1 ildən çoxdur təmirə bağlanan yola görə xeyli ziyana düşüblər.

“Dəyərli Azəryol (red:AAYDA), nəzərinə çatdırmaq istəyirik ki, Əhməd Rəcəblidəki bütün sahibkarlar müflis oldu. İşlərə başlaya bilərsiniz…”, - ərazidəki məşhur iaşə obyektlərindən birinin sahibi sosial şəbəkə hesabı üzərindən etirazında bildirib.

Tanınmış vəkil Ceyhun Yusifov hesab edir ki, tikinti işlərinin uzun müddət ləngiməsi hərəkətin intensivliyini pozmaqla yanaşı, həmin ərazidə yaşayan sakinlərin, o cümlədən sahibkarın hüquqlarının kobud surətdə pozulması deməkdir:

“Mütləqdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhərin əsas istiqamətlərini müəyyənləşdirən yolayrıcı ilə bağlı tikinti işləri intensivləşdirilməli və qısa müddətdə başa çatdırılmalıdır. Söhbət gedən yolla bağlı işlərin başa çatdırılması tarixində də gecikmə var. Bu həm sakinlərin, həm də sahibkarların hüquqlarının pozulmasıdır.”

Vəziyyətlə yerində tanış olmaq üçün saytımızın əməkdaşı əraziyə yollanıb. Məlum olub ki, təmir işləri deyildiyi kimi ləng gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən isə əksinə, yolun inşasının qrafikə uyğun, ləngimə olmadan həyata keçirildiyini, sadəcə bəzi yerlədə müvəqqəti fasilə yarana biləcəyi deyilib.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.

“Dövlət proqramına uyğun olaraq yeni yolun inşası təsdiq edilmiş qrafikə əsasən həyata keçirilir. Layihə üzrə işlər davam edir və hər hansı gecikmə yoxdur. Layihənin ayrı-ayrı hissələrində müxtəlif səbəblərdən müvəqqəti, qısamüddətli fasilələr yarana bilər. Lakin bu, işlərin dayandırılması demək deyil. Çünki fiziki irəliləyiş bütövlükdə layihə üzrə qiymətləndirilir, ayrı-ayrı hissələr üzrə deyil”, - rəsmi cavabda qeyd edilib.

Ümid edək ki, müxtəlif səbəblər tezliklə aradan qalxacaq və işlərin sürətlənməsi aylardır ziyana düşən sahibkarların ürəyinə bir az da olsa su səpəcək.

Sail Ağasəlim




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri