Əhməd Şara: Heç kim fələstinliləri öz torpaqlarından çıxara bilməz
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyanın keçid dövrü prezidenti Əhməd Şara keçmiş britaniyalı siyasətçi Rori Stüart və Alaster Kempbellin hazırladığı “Gerisi siyasətdir” verilişinin qonağı olub.
Turkustan.az xəbər verir ki, gəncliyi də daxil olmaqla bir çox mövzuya toxunan Əhməd Şara ABŞ prezidenti Donald Trampın Qəzza planına da münasibət bildirib.
"Heç bir güc insanları öz torpaqlarından çıxara bilməz. Bir çox güclər cəhd etdi, amma uğursuz oldu. Xüsusilə Qəzzada 1,5 illik müharibədə insanlar ağrılara dözdülər, lakin torpaqlarını tərk etməkdən imtina etdilər. Fələstinlilər nəsillər boyu öz torpaqlarında qaldılar. Donald Tramp da meksikalıları ABŞ-dan çıxarır. Bunların cinayət olduğuna inanıram"-deyə, o bildirib.
Şara həmçinin Fələstin müqavimətinin onun üçün xüsusi yeri olduğunu və onun düşüncə dünyasını formalaşdıran ən mühüm amillərdən biri olduğunu açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















