Icma.az
close
up
RU
Əhməd Vahidi faktoru: İranın dialoq siyasəti hərbiləşirmi?

Əhməd Vahidi faktoru: İranın dialoq siyasəti hərbiləşirmi?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İranın ABŞ ilə dialoq prosesi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidinin nəzarəti altındadır. Bu barədə “Associated Press” mənbələrə istinadla məlumat yayıb.

Agentlik SEPAH komandanının müharibənin dayandırılması üzrə danışıqlarda Tehranın sərt mövqeyinin formalaşmasında əsas rolu oynadığını bildirib.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da Əhməd Vahidi və çevrəsinin təkcə hərbi məsələləri deyil, həm də İranın danışıqlar siyasətini nəzarətə götürdüyünü qeyd edib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Polad Mehdiyev deyib ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dövlət daxilində əsas güc mərkəzinə çevrilib. 

Ekspert bildirib ki, müharibə və ya gərginliyin davam etməsi SEPAH-ın təsir imkanlarını daha da gücləndirir: 

“SEPAH üçün xarici təhlükə və davamlı qarşıdurma atmosferi daxildə siyasi legitimlik və təsir imkanlarını genişləndirən əsas amillərdən biridir. Çünki müharibə baş verdikdə və ya təhlükəsizliklə bağlı  problem davam etdikcə, ölkədə siyasi qərarvermə prosesi hərbi-təhlükəsizlik strukturlarının nəzarətinə keçir".

Polad Mehdiyev, politoloq

Onun sözlərinə görə, bu mülki institutların və islahatçı qanadın zəifləməsi, SEPAH-ın isə həm siyasətdə, həm iqtisadiyyatda, həm də təhlükəsizlik sahəsində dominant mövqeyə yüksəlməsi ilə nəticələnir: 

"Bu gün İranda formal olaraq ali hakimiyyət dini rəhbərlik institutunda cəmlənsə də, praktik müstəvidə SEPAH-ın təsiri bir çox strateji qərarlarda həlledici səviyyəyə çatıb. Xüsusilə enerji, müdafiə sənayesi, regional əməliyyatlar və böyük iqtisadi layihələr üzərində nəzarət bu strukturun əlində cəmləşir. Bu baxımdan, bəzi ekspertlər artıq İranda “paralel təhlükəsizlik dövləti” modelinin formalaşdığını qeyd edirlər”.

Analitik əlavə edib ki, İran daxilində müharibə ritorikasının əsas daşıyıcılarının məhz SEPAH-a yaxın çevrələr olması diqqət çəkir: 

“Onlar hesab edirlər ki, Qərblə uzunmüddətli kompromis və normallaşma prosesi baş verərsə, bu, SEPAH-ın sistem daxilindəki müstəsna rolunu zəiflədə bilər. Məhz buna görə də görürük ki, SEPAH daha çoxsərt və qarşıdurma yönümlü siyasətin tərəfdarıdır. Çünki davamlı gərginlik onların həm hakimiyyət daxilində mövqeyini, həm də təsir imkanlarını qoruyur və gücləndirir”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri