Icma.az
close
up
RU
Əhməd Yəsəvi irsi və izi ilə ... Türkiyəli professor Şərq in qonağıdır

Əhməd Yəsəvi irsi və izi ilə ... Türkiyəli professor Şərq in qonağıdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Anadolu Universitetinin professoru, tarixçi-alim, Atatürk Mədəniyyət Mərkəzinin Elmi Şurasının əsas üzvü Haşim Şahin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elçin Süleymanov "Şərq"in qonağı olublar. Professor Haşim Şahin Səlcuqlu türkləri dövrünün ən yaxşı tədqiqatçılarındandır. Qonaqları "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədir Akif Aşırlı qarşılayıb. 

Haşim Şahin Azərbaycana budəfəki səfərində məqsədin türk dünyasının məşhur mütəfəkkir-şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından Əhməd Yəsəviyə həsr olunmuş “Türk Dünyası və Əhməd Yəsəvi yolu və mirası" adlı layihə çərçivəsində Bakıda keçirilən elmi simpoziumda iştirak etmək olduğunu deyib. Alim Əhməd Yəsəvi barədə ilk simpoziumun Türkiyədə keçirildiyini söyləyib: "Məqsədimiz bu layihə çərçivəsində türkcə danışılan bütün yerlərdə tədbirlər təşkil etməkdir. Bu simpoziumlara fərqli universitetlərdən alimlər qatılır. Layihənin təşkilatçısı - Ankara Hacı Bayram Veli Univeristetinin Hacı Bektaşi Veli Araşdırma Mərkəzidir. Bizim layihəmizi həmçinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdə yaşayan Türklər Başqanlığı (YTB) dəstəkləyir. Azərbaycandan sonra Qırğızıstana gedəcəyik. Sonra Qazaxıstan və Özbəkistana səfərlərimiz olacaq. Orta Asiya ölkələrində 7-8 universitetlə anlaşmalarımız var. Hədəfimiz Əhməd Yəsəvinin fəlsəfəsini anlamaq, düşüncəsini anlatmatmağa çalışmaq, onun irsini təbliğ etməkdir. Anadoludan Balkanlara və Türkistana qədər Əhməd Yəsəvi mədənyyəti üzərindən türk dünyasını öyrənməyə, anlatmağa çalışacağıq".  


Haşim Şahin eyni zamanda "Lobitürk" platformasının baş məsləhətçisi olduğunu vurğulayıb: 

""Lobitürk" adında ildə 2 dəfə jurnal da nəşr olunur. İlk sayımız Türk Dövlətlər Təşkilatı ilə bağlı idi. İkinsi sayımız "Türk-macar" kimiliyinə həsr olunmuşdu. Üçüncü sayımız Şimali Kipr Türk Cümhuriyyətinə, oradakı türklərə dair oldu. 4-cü sayımız da Azərbaycanla bağlı olacaq. Yəni "Əhməd Yəsəvi" layihəmiz daha çox elmi fəaliyyətdir, jurnal isə ictimai-sosial mahiyyətlidir. Dərdimiz, məqsədimiz türk mədəniyyətini, varlığını doğru şəkildə anlatmaqdır". 


Professora fəaliyyətlərində uğurlar diləyən Akif Aşırlı qonağa rəhbərlik etdiyi Azərbaycan Türk Ocağının tarixi və fəaliyyəti barədə qısaca məlumat verib, təşkilata dair sənədlərlə tanış edib. A.Aşırlı vurğulayıb ki, Azərbaycan Türk Ocağı 1918-20-ci illərdə Azərbaycanda qurulub: 



 "Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra Cümhuriyyət dövründə təsis edilmiş ilk qeyri-hökumət təşkilatıdır. Fasilərlə 1920-ci ilədək, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna kimi fəaliyyət göstərib. Fəaliyyətimiz türk dünyasının fəlsəfəsinə, maarifçilik prinsiplərinə əsaslanır. Bu istiqamətdə konfranslar keçiririk, simpoziumlar təşkil edirik, təhsil sahəsində müəyyən işlər görürük". 

Məlumat üçün onu da əlavə edək ki, gənc yazar Elçin Süleymanovun ötən gün "Arzular Arazda qaldı" kitabının təqdimatı olub.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri