Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 oktyabr, AZƏRTAC
Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. 60 kiloqramda Azərbaycandan heç kim dünya çempionu olmamışdı. Çox xoşbəxtəm ki, birinci mən oldum.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifov deyib.
27 yaşında dünya çempionu olan cüdoçu final görüşünün gözlədiyi kimi başlamadığını bildirib: “Amma sonradan özümü toparladım. Öz fəndimi tətbiq etdim və dünya çempionu oldum”.
O, bu gün səhərdən dünya çempionu olacağına inandığını qeyd edib: “Səhər düşünürdüm, amma medalı verməyi də, çempionluğu da fikirləşirdim. Lkin getdikcə gördüm ki, bu gün özümü çox yaxşı hiss edirəm. Gün məndən yana idi. Mən də bunu dəyərləndirdim və dünya çempionu oldum”.
İdmançı 2024-cü ildə Qran-Pri turnirinin finalında məğlub olduğu rəqibi bu dəfə məğlub etdiyini vurğulayıb.
Cüdoçu çempion olacağına nə vaxt inandığını da açıqlayıb: “Kəmərdən tutub üstünə əlimi atanda artıq hiss etdim ki, çempion ola bilərəm və ondan sonra da qalib oldum”.
Dünya çempionu növbəti hədəfinin Olimpiya çempionluğu olduğunu bildirib.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 04 Oktyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















