Əhmədinejadın ölümü ilə bağlı xəbərlər təkzib edildi KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mahmud Əhmədinejadın qohumları İran KİV-lərinə açıqlamalarında onun ölümü ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər. Onlar sabiq prezidentin sağ olduğunu və sosial şəbəkələrdə yayılan xəbərlərin əsassız olduğunu vurğulayıblar.
KONKRET.az xəbər verir ki, Əhmədinejadın ölümü barədə ilk məlumat yayan ILNA agentliyi daha sonra xəbəri silib. Hazırda onun həlak olduğunu təsdiqləyən başqa rəsmi və ya etibarlı mənbə mövcud deyil.
Xatırladaq ki, ötən gün səhər saatlarında İsrailin Mahmud Əhmədinejadın yaşadığı evə zərbə endirdiyi barədə məlumatlar yayılmışdı. Həmçinin onun bir neçə mühafizəçisinin öldüyü iddia olunurdu. Lakin bu məlumatlar da hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Natiq Səlm,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 01 Mart 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















