Icma.az
close
up
RU
Əhmədzadə iz azdırır: 10 12 milyon, yoxsa 10 12 milyard sərvət?

Əhmədzadə iz azdırır: 10 12 milyon, yoxsa 10 12 milyard sərvət?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günlərdə həbsdəki iş adamı Adnan Əhmədzadə haqda yayılan bir məlumat diqqət çəkir. Hətta bəzi şübhələrə yol açır. Həmin məlumatda onun sərvətinin dəyəri açıqlanıb. “Telegraf”ın xarici KİV-ə istinadla paylaşdığı xəbərdə həbsdəki iş adamının sərvətinin 10-12 milyon dollar olduğu göstərilir.

Məlumata görə, bu sərvətin başlanğıc nöqtəsi onun SOCAR-ın reklam və maliyyə əməliyyatları bölməsindəki keçmiş rolu ilə sıx bağlıdır.

Qeyd olunur ki, Adnan Əhmədzadənin xalis sərvəti ictimaiyyətə açıqlanmayıb, çünki iş adamı maliyyəsi ilə bağlı detalları gizli saxlamağı bacarıb.

Bundan başqa, Adnan Əhmədzadənin biznes layihələrinin geniş sahələri əhatə etdiyi və hər birinin onun təsirli sərvətinə əhəmiyyətli dərəcədə töhfə verdiyi məlumatda qeyd olunub.

Ötəri hesablama zamanı reallığın tamamilə başqa olduğu üzə çıxır. “Globalinfo”nun əldə etdiyi bəzi detallara görə, Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin varidatı daha böyük rəqəmlərə dayanır.

Varidatı 10-12 milyon göstərilən A.Əhmədzadənin təkcə dünya futbol ulduzu Leonel Messini Bakıya gətirmək üçün ən az 4-5 milyon dollarından keçdiyi haqda məlumatlar var. Messi kimi bir idman nəhəngini uzaq ölkəyə gətirmək olduqca bahalı layihədir. Belə ulduzlar milyonlarla dollar qonorara bu səfərlərə gedir. Belə çıxır, Adnan Əhmədzadə varidatının yarısını Messinin Bakıya səfərinə xərcləyib? Buna yalnız sadəlövh insanlar inanar. Ya da reallığa bələd olmayanlar bu məlumatları inandırıcı sayar.

Gerçək isə əksər vaxtlar ictimaiyyətdən gizlədilir, ya da manipulyasiya edilir. Saytımızın araşdırması zamana üzə çıxan məlumata görə, 10-12 milyonluq məlumat A.Əhmədzadənin yaxın çevrəsi tərəfindən onun göstərişi əsasında ortaya atılıb. Bunu xarici media üzərindən yaymaqda məqsəd iş adamını o qədər böyük imkanlara sahib olmayan biri kimi təqdim etməkdir. Dövlətə vurduğu ziyanı ödəməli olsa, sərvətinin böyük hissəsini əldə saxlamaq məqsədi də daşıya bilər.

Onun bir neçə yaxtasının, xaricdəki 2-3 villasının qiyməti elə 10 milyonu keçir. Digər əmlakları, yatırımları, müxtəlif ölkələrdəki biznes şəbəkəsi və s. barədə indiyədək yerli və xarici KİV-də yayılan məlumatlar deməyə əsas verir ki, Əhmədzadə çox böyük sərvətə malikdir. Mənbəmizin iddiasına görə, əslində Adnanın malik olduğu sərvət 10-12 milyard dollarla ölçülür.

Globalinfo” bir müddət öncə Adnan Əhmədzadənin məşhur yaxtasının İspaniyanın Barselona şəhərində peyda olduğu haqda xəbər hazırlamışdı. İş adamının Dubaydakı süni adada “eskort qadın mafiyası” yaratdığı və onlardan öz cinayətləri üçün istifadə etdiyi barədə də məlumatlar oxuculara yaxşı tanışdır.

Xatırladaq ki, Adnan Əhmədzadənin həbsi SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə sabiq vitse-prezidentinin müavini kimi fəaliyyəti zamanı külli miqdarda mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) və təxribat (282-ci maddə) ittihamları əsasında baş verib. Onun barəsində ötən ilin sentyabr ayında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri