Icma.az
close
up
RU
Ehsana xərclənəcək vəsaiti Qarabağın bərpasına da vermək olar İlahiyyatçı

Ehsana xərclənəcək vəsaiti Qarabağın bərpasına da vermək olar İlahiyyatçı

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Fatmayı kəndində sakinlərdən biri xanımının vəfat etməsi səbəbi ilə şəxsi vəsaiti hesabına ehsan əvəzinə kənd yoluna asfalt çəkdirib.

Sakinlərin sözlərinə görə, bu təşəbbüs təkcə yolun vəziyyətini yaxşılaşdırmayıb, həm də digər vətəndaşlara örnək olub:

"Allah öləninə rəhmət eləsin. Həm savab iş oldu, həm də hamının istifadə edə biləcəyi bir xeyirə çevrildi" - deyə kənd sakinlərindən biri bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən ilahiyyatçı Ağa Hacıbəyli bildirdi ki, İslam dini mərhəmət və şəfqət dinidir:

"Bu dinin əsas prinsiplərindən biri insana xidmət etmək, insana dəyər vermək və insanı ali görməkdir. Hər bir insanın bu həyatda bir ömrü var. Bir gün əcəl gəlir, insan vəfat edir. Vəfat etmiş insan üçün də şəriət ölçülər mövcuddur: dəfn, kəfən və digər əmrlər. Ehsan məsələsinə gəlincə, İslam dinində “ehsan” gözəl işlər görmək deməkdir. Peyğəmbərimizin hədisinə görə, ehsan insanın Allahı görürmüş kimi ibadət etməsidir. Lakin cəmiyyətimizdə bu anlayış tədricən sadəcə yas yerində verilən yeməklə məhdudlaşdırılıb. Artıq insanlar anlayırlar ki, ehsan yalnız süfrə açmaqdan ibarət deyil. Bəzi bölgələrdə fəqir-füqəra çox olduğuna görə yas süfrəsi faydalı ola bilər. Ancaq ehsanı yalnız yeməklə məhdudlaşdırmaq düzgün deyil".

Müsahibimiz qeyd etdi ki, ehsan həm də sədəqəyi-cariyədir:

"Sədəqəyi-cariyə insan üçün davamlı savab gətirən xeyirli işlərdir. Peyğəmbərimizin hədisinə görə, yol çəkmək, bulaq qazdırmaq, xəstəxana və məktəb tikdirmək də sədəqəyi-cariyədir. Bu gün dövlət bu işlərin çoxunu görür. Ancaq İslam baxımından insanın gördüyü hər bir xeyirli iş ehsan sayılır. Tələbə oxutmaq, yetimlər evini ziyarət etmək də buna daxildir. Məqsəd vəfat edən insanın ruhunu şad etməkdir. Quran oxumaq, dua etmək və ehsanı müxtəlif xeyirli işlərə yönəltmək bu məqsədə xidmət edir.

Cəmiyyətdə bu düşüncə artdıqca daha faydalı nəticələr əldə etmək olar. Məsələn, Qarabağda çoxlu yaralı yerlərimiz var. Oradakı infrastrukturun qurulması üçün xeyriyyə işlərini yönləndirmək mümkündür. Qarabağın bərpası vacibdir. 28 ilin dağıntıları aradan qaldırılmalıdır. Hər bir insan ehsanını faydalı işlərə yönəldə bilər: evsizə ev tikmək, bulaq çəkmək, məscidin minarəsini tamamlamaq. "Qurani Kərim"in Bəqərə surəsinin 273-cü ayəsində deyilir ki, insanın verdiyi hər bir şeyi Allah bilir və görür. Ona görə də Allahın xeyir dəftərinə düşmək üçün bu gözəl işləri görmək lazımdır".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri