Ehtiram Mehtiyev: Müxalifətin də öz məsuliyyəti var
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Müxalifət olmaq hakimiyyətin hər dediyini tənqid, yaxud hər addımına etiraz etmək demək deyil. Əsl müxalifət dövlətin maraqlarını nəzərə alaraq problemləri vaxtında göstərməyi, fərqli fikir və alternativ yanaşma ortaya qoymağı bacarmalıdır. Tənqid dağıtmaq üçün deyil, daha düzgün qərarların qəbuluna kömək etmək üçün səslənəndə faydalıdır.
Bu baxımdan, ölkədə sağlam siyasi mühitin olması hər kəs üçün vacibdir. Çünki qarşıdakı təhlükə və riskləri yalnız dövlət qurumları deyil, siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır.
Prezident İlham Əliyevin çıxışlarında da zaman-zaman gələcək proseslərlə bağlı ciddi mesajlar səslənir. Sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbərləri ilə görüşdə “ətrafımızda müharibələr gedir” və “müharibələrin nə sonu, nə də qurtaracağı görünür” fikirləri də belə mesajlardan biridir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib.
O qeyd edib ki, dünyada proseslər sürətlə dəyişir, müharibələrin coğrafiyası genişlənir, qarşıdurmalar dərinləşir:
"Belə bir vəziyyətdə dövlətin yalnız bugünkü problemlərə deyil, sabah yarana biləcək risklərə də hazır olması vacibdir. Bunun üçün isə təkcə dövlət strukturlarının fəaliyyəti kifayət deyil. Güclü siyasi institutlar, real siyasi dialoq, sağlam tənqid və alternativ fikirlər də lazımdır.
Məncə, bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır. Müxalifətin də öz məsuliyyəti var - susmamaq, amma məsuliyyətsiz danışmamaq, tənqid etmək, amma dövlət maraqlarını da unutmamaq".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Sentyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















