Ehtiyat oyunçular skamyasının dərinliklərində batan Rüfət Abdullazadə...
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bu ilin iyulunda çox gözəl xəbər almışdıq. “Səbail”in 24 yaşlı vingeri Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” klubuna keçmişdi.
Lakin o keçiddən sonra elə də bizi sevindirəcək sorağını eşitmədik. Belə ki, əsas heyətdə düşünülən futbolçu bir neçə həftə debüt etmədi. Menecerindən səbəbini soruşanda “hələ hazır deyil” deyirdi. Sonra fiziki cəhətdən hazır oldu, meydana çıxdı. Kubok oyununda şans qazandı, qol da vurdu. O qol, bu qol - Rüfətdən xəbər-ətər yoxdu.
Çempionatda isə mümkün 18 oyunun 9-da, daha dəqiq desək, 810 dəqiqənin cəmi 178-də meydanda olub. Cəmi 22 faiz. Hərdənbir meydana çıxanda da qol vurmayıb, iki məhsuldar ötürməsi var.
Matey Vuk adlı futbolçu forma rəqabətində Rüfəti üstələyir. Düzdü, statistikası yaxşı deyil. Heç yaxşı deyil. Amma Rüfət ehtiyatın dərinliklərində olanda bu xorvatiyalı daim oynayır. Qeyd edək ki, Rüfət sonuncu dəfə noyabrın 9-da bir dəqiqə şans qazanıb.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Yanvar 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















