Icma.az
close
up
RU
Ehtiyatda olan kapitan: Atdığımız hər mərmi hədəfə dəyirdi

Ehtiyatda olan kapitan: Atdığımız hər mərmi hədəfə dəyirdi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Müharibə həm maraqlı, həm fərəhli, həm qürurlu, həm sevincli, həm də kədərli anları özündə birləşdirir. Döyüş meydanında olan kimsəyə bu hisslər yad deyil. Həm vacib missiyada iştirakın qürurunu, həm atdığın hər addımın qələbə ilə nəticələnməyinin sevincini, həm də sənə qardaş kimi əziz olan silahdaşlarının itkisinin ağrısını yaşayırsan.

Vətən müharibəsinin hər günü haqqında dəftərçəmdə qeydlər aparırdım. Çünki savaşa öz ayaqlarınla gedib çiyinlər üstə üçrəngli bayrağa bükülü halda geri qayıtmaq da var idi...

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan kapitanı, Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu Tural Koroğluyev deyib.

2017-ci ildən XTQ cərgəsində Vətənə xidmət edən T.Koroğluyev bir sıra vacib hərbi əməliyyatların iştirakçısıdır. O, 2020-ci ildə Vətən müharibəsində, 2022-ci ilin sentyabrında sərhəd toqquşmalarında, 2023-cü ildə antiterror əməliyyatlarında əldə edilən Zəfərin pay sahiblərindəndir.

Vətən müharibəsində döyüşlərə Kəlbəcər istiqamətindən başlayan T.Koroğluyev öz bölməsi ilə birgə Cəbrayıl, Xocavənd, Xocalı, Laçın və Şuşa istiqamətlərində döyüş tapşırığını uğurla yerinə yetirib. O, ən maraqlı döyüş anlarının Xocavəndin Hadrut qəsəbəsi, Tuğ kəndi, Ərgünəş dağı ətrafında və Şuşada olduğunu deyib.

T.Koroğluyev yaddaqalan döyüş xatirələrindən birini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: "Noyabrın 5-i axşamüstü saat 4 radələrində Xankəndi istiqamətindən Şuşaya gedən yolun sağında hündür bir təpənin altında toplanmışdıq. Bizə Şuşanın azad edilməsi uğrunda əməliyyata başlamaq tapşırığı gəldi. Bunun üçün Laçın dəhlizinin üstünə çıxmalı idik. Mən RPQ-7 silahı daşıyan qrupla həmin yerə yollandım. Ora ancaq sıldırım qayanın üstünə çıxaraq gedə bilərdik. Təxminən saat 6 radələrində artıq sıldırım qayanı çıxmışdıq. Hava da qaralmışdı. Ermənistan silahlı qüvvələrinə məxsus ağır texnikalar sağa-sola hərəkət edir, erməni hərbi qulluqçuların səsi gəlirdi. Bizim olduğumuz mövqedən yola 15-20 metr məsafə var idi. Həm qaranlıq, həm də ağaclar orada rahat pusqu qurmağımıza imkan verirdi. Mövqelənən kimi birinci gələn "Kamaz" markalı maşını vurduq. Bir neçə dəqiqə ərzində artıq 3 "Kamaz", 4 UAZ, 1 "Qazel"i sıradan çıxarmışdıq. Elə bil ilahi qüvvə tərəfindən idarə olunurduq. Atdığımız hər mərmi hədəfə dəyirdi. Erməni hərbçiləri bizim olduğumuz yeri təyin edə bilmir, mərmiləri sağa-sola səpələyirdilər. Biz isə əvəzində qarşı tərəfin hava hücumuna qarşı zirehli maşını və digər hərbi təyinatlı maşınını vurduq. Ermənilər təşvişə düşmüşdülər. Son əlac kimi bizi tankla vurmağa cəhd etdilər. Mərmini RPQ-7-yə salıb döyüş vəziyyətinə gətirdim, tank mən tərəfi hədəf alanda silahı işə saldım. Sonra yenə mərmini silaha yerləşdirib tankı vurdum. Artıq iki zərbə ermənilərin tankını zədələmişdi. Döyüş yoldaşlarım da tanka atəş etdilər və o sıradan çıxdı. Artıq Şuşaya daxil olmağın vaxtı idi. Bizdən arxada olan bölmələr gəlib olduğumuz yerə çatan kimi Şuşaya doğru hərəkət etdik. Bu zaman qarşımıza erməni hərbçiləri çıxırdı. Demək olar heç nə düşünmürdük. Qarşımıza çıxan hər kəs dəqiq atəşimizə tuş gəlirdi. Boşa çıxan mərmimiz yox idi. Ən maraqlısı onlar daha hündür mövqedə olsalar da, bizi dəqiq nişan ala bilmirdilər. Açıq ərazidə olan Azərbaycan hərbi qulluqçuları döyüşə-döyüşə irəliləyirdi. Müharibə bitəndən sonra həmin ərazidə qarşı tərəfə aid 139 meyit var idi.

Şuşaya noyabrın 5-i gündüz yaxınlaşsaq da, qatı duman səbəbindən bir neçə saat gözlədik. Axşam saat 9-10 arasında Qarabağın incisi olan şəhərə daxil olduq. Noyabrın 6-sı səhər müəyyən qruplara ayrılaraq Şuşanın ən vacib istiqamətlərində pusqular qurduq. Mən və digər zabit yoldaşım tabeliyimizə verilən 12 nəfərlə Şuşa-Xankəndi-Laçın yolunu birləşdirən Üçyol adlanan hissədə yerləşdik. Bizim yerləşdiyimiz mövqe elə idi ki, nə Şuşa, nə Xankəndi, nə də Laçın yollarından oranı görmək mümkün deyildi. Arxa tərəfdə və solumuzda hündür təpə, sağ tərəfdə bina, qarşı tərəfdə, yolun üzbəüzündə isə yanacaqdoldurma məntəqəsi var idi. Yanacaqdoldurma məntəqəsindən təxminən 60 dərəcəli bucaq altında üzü yola doğru yerləşmişdik. Olduğumuz mövqedə isə tikinti materialları var idi. Yəqin ki, ermənilər oradan satış məqsədilə istifadə edirdilər. Tikinti materialları bizi sipər kimi qoruyurdu, biz isə yolu əlimizin içi kimi görürdük. Həmin gün orada hava yağıntılı olsa da, artıq biz saat 9-da mövqelənəndə yağış da dayanmışdı. Biz oradan düşmənin canlı qüvvəsini və maşınlarını vururduq. Onlar ya Xankəndi, ya da Laçın istiqamətinə qaçmağa cəhd edirdilər. Xankəndi tərəfə şəxsi heyət, Laçına doğru isə maşınlar hərəkət edirdi. Əlverişli mövqedən onları asanlıqla hədəfə ala bilirdik. Qısa müddətdə RPQ-7 silahı ilə ona yaxın maşını sıradan çıxarmışdıq. Qarşı tərəfin şəxsi heyəti arasında xeyli itki var idi. Onlar da bizi minaatanlardan və "Qrad" tipli qurğulardan intensiv atəşə tuturdular. Çox qızğın döyüşlər gedirdi. Həmin döyüşlər zamanı ayağım, qolum və üzümdən yara aldım. Döyüş yoldaşlarım ilkin tibbi yardım göstərsə də, zədəm ağır idi. Digər heyət gəlib məni həmin ərazidən çıxardı. Döyüşlər davam edirdi və Şuşada keçirilən uğurlu əməliyyat nəticəsində qədim şəhərimiz noyabrın 8-də düşməndən tam təmizləndi. Şuşa qələbəsindən sonra axşam saatlarında hospitala təxliyə olundum. Ümumiyyətlə, Şuşa zəfəri düşməni silahı yerə qoymağa və təslim olmağa vadar etdi. Bu isə tam Qələbə demək idi. Zəfərin sevinci bir başqa, onu döyüş meydanında yaşamağın sevinci bir ayrı idi. Ağır yaralansam da, Qələbə xəbəri mənə hər şeyi unutdurmuşdu. Biz ilk gündən özümüzə güvənirdik və istəyimizə də qısa müddətdə çatdıq".

Qeyd edək ki, Tural Koroğluyev Şuşada yaralansa da, müalicə alaraq yenidən ordu sıralarına dönüb. 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında Kəlbəcər, 2023-cü ildə antiterror əməliyyatlarında isə Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. Antiterror əməliyyatlarında yaralanan kapitan 2024-cü ildə tərxis olunub.

Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri