Icma.az
close
up
RU
Ehtiyatlı olmalıyıq: 4 qüvvə təxribatlar törədəcək Elmar Məmmədyarov anons verdi

Ehtiyatlı olmalıyıq: 4 qüvvə təxribatlar törədəcək Elmar Məmmədyarov anons verdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.

Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə, ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə edərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi.

Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmişdi.

Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandırması, hələ tam ləğvi mənasına gəlmir:

ABŞ siyasi sistemi çox qəribə işləyir. Verilən qərarların ləğvi elə də asan olmur. Məsələn, ABŞ-ın 1974-cü ildə qəbul etdiyi “Jackson–Vanik düzəlişi” hələ də qüvvədədir. Halbuki bu düzəliş SSRİ kimi ölkələrə tətbiq olunurdu. Əsas məqsəd SSRİ-də yaşayan yəhudilərin və digər etnik qrupların ölkədən azad çıxış hüququnun məhdudlaşdırılmasına cavab olaraq SSRİ-yə ticarət güzəştlərinin verilməməsi idi. Bu gün nə belə bir problem, nə də SSRİ adlı dövlət var. Jackson da, Vanik də həyatda deyillər. Yəhudilər isə dünyanın istənilən ölkəsinə sərbəst səfər edə bilirlər. Lakin bu düzəliş hələ də ləğv edilməyib.

907-ci düzəlişin tam ləğvi zəruridir, çünki gələcəkdə, Trampdan sonra bu, yenidən tətbiq oluna bilər. Buna görə Tramp administrasiyası ilə danışıqlar aparmaq lazımdır. Yəni proses bundan sonra da davam etməlidir. Tramp 907-ci düzəlişi ləğv edə bilər. Administrasiyası Konqresə tam təzyiq etsə, bu məsələ gündəmə gələ və səsverməyə çıxarılar”.

Sabiq nazir qeyd edib ki, əslində, 907-ci düzəliş Azərbaycan üçün xüsusi bir problem yaratmadı. Əksinə, ABŞ üçün başağrısına çevrildi. Ona görə də bu düzəliş tam şəkildə ləğv edilməlidir:

“907-ci düzəlişi biz vaxtında çox “təmizlədik”. Sadəcə, orada hərbi məsələlər qalmışdı, qalan çox şey ləğv edilib.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzanlasa da, böyük ehtimalla erməni diasporu və lobbisi 907-ci düzəlişin ləğvinə mane olmağa çalışacaqlar. Hətta Rusiya və İran lobbiləri də bu məsələdə aktivləşə bilər. Yəni ləğv məsələsində səylərimizi artırmalıyıq. Bu proses vaxt apara bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri