“Ehtiyatsızlıq öldürür, şikəst edir, faciə yaradır” DİN dən XƏBƏRDARLIQ VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Ən xırda ehtiyatsızlıq, həyat boyu unudulmayacaq faciəyə çevrilə bilər. Yol hərəkəti qaydalarının gözlənilməməsi çox vaxt “heç nə olmaz” düşüncəsindən irəli gəlir. Amma bu düşüncə, təəssüf ki, təkcə qaydanı pozan üçün deyil, ətrafındakı günahsız insanlar üçün də təhlükə mənbəyinə çevrilir. Qəzalar bəzən bir saniyənin içində baş verir, amma nəticələri illərlə çəkilən ağrılar, itkilər və peşmançılıqla müşayiət olunur.
Yol hərəkəti qaydaları təsadüfi müəyyənləşdirilməyib onların hər biri insanların təhlükəsizliyini təmin etmək üçün hazırlanıb. Bu qaydalara riayət etmək yalnız sürücülərin deyil, piyadaların da vəzifəsidir. Piyada keçidlərində diqqətli olmaq, svetoforun siqnallarına uyğun hərəkət etmək, telefonla danışaraq və ya qulaqcıqla musiqi dinləyərək yola çıxmamaq bunlar sadə, amma həyati əhəmiyyət daşıyan məsələlərdir.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında videoçarx paylaşıb. Görüntülərdə yol hərəkətinin digər iştirakçılarının, xüsusən də piyadaların işıqforun siqnallarına diqqətli yanaşma ilə bağlı vətəndaşlara müraciət edilir.
Elşad Hacıyev paylaşımında bildirib ki, “ehtiyatsızlıq öldürür, şikəst edir, faciə yaradır. Qayda tələbdir, məsuliyyətdir, intizamdır — nə öldürür, nə şikəst edir, nə də faciəyə səbəb olur. Çünki ictimai təhlükəsizliyə xidmət edir. Hər bir hərəkət iştirakçısı bilməli və qaydaya uyğun davranmalıdır. Nizamlanan piyada keçidində diqqətli olun, svetoforun xəbərdaredici siqnallarına uyğun hərəkət edin!”
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 22 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















