Icma.az
close
up
RU
Ehtiyyatda olanlar əsgərliyə ÇAĞRILACAQ QANUN KONKRET

Ehtiyyatda olanlar əsgərliyə ÇAĞRILACAQ QANUN KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

KONKRET.az xəbər verir ki, bu məsələ parlamentin dekabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına aşağıdakı qaydada çağırıla bilərlər:

– birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

– ikinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

– üçüncü dərəcəli ehtiyatda olanlar – bir ayadək müddətə bir dəfə.

Qanun layihəsinə əsasən, ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən hərbi təlim toplanışları ilə yanaşı, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər dəfə 40 günədək müddətə beş dəfəyədək toplanışa çağırılacaqlar.

Dəyişikliyə görə, toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see347

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see336

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see266

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see259

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see248

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see245

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see233

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see228

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see224

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see222

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see211

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see205

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see199

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see199

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see195

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see187

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see182

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see179

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri