Icma.az
close
up
RU
Əkin sahələrinin suvarılması üçün kanallar təmizlənir FOTOLAR

Əkin sahələrinin suvarılması üçün kanallar təmizlənir FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də meliorativ tədbirlərini davam etdirir.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ümumi olaraq 26568 ha suvarılan əkin sahəsinə xidmət edir ki, bu sahələrin suvarılması üçün üç su mənbəyindən istifadə edilir. Göyçay çayı vasitəsi ilə 7069 ha, Yekəxana su anbarından 1607 ha, Şirvan Suvarma Kanalından isə 17892 ha sahə suvarma suyu ilə təmin edilir. Ötən il ərzində suvarmanın mütəşəkkil keçirilməsi üçün bütün suvarma arxlarında lildən təmizləmə işləri aparılıb, 24 ədəd hidrotexniki qurğuda və 480 m məsafədə beton kanallarda cari təmir işləri həyata keçirilib. Hazırda balansda olan bütün torpaq məcralı kanallarda yaz-yay suvarmasına hazırlıq məqsədilə lildən təmizləmə işləri davam edir.

İdarə sahələrin suvarma suyu ilə təminatı ilə yanaşı yaşayış mətəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini də təşkil edir. Göyçay çayında sel suları zamanı yaranmış çətinliklərin aradan qaldırılması üçün məcra tənzimləmə işləri hazırda buldozerlər vasitəsilə davam etdirilir.

Bundan başqa Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Göyçay rayonu üzrə şəhər ərazisi daxil olmaqla 43 məntəqəyə içməli su xidməti göstərir ki, bundan şəhər ərazisi və 7 kənd üzrə 11902 əhali abonentinə 512 qeyri əhali abonentinə xidmət edir. Xidmət göstərilən abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin edilir. Əlavə olaraq 35 məntəqəyə quraşdırılmış ictimai bulaqlar vasitəsi ilə ödənişsiz xidmət göstərilir.

Şəhər ərazisində içməli suyu təmin etmək üçün rayonun Potu kəndi ərazisində yerləşən 1 saylı nasos stansiyasından ötürücü nasoslar vasitəsi ilə şəhərin Nizami və Şəhriyar küçələrində yerləşən 8 min m3 həcmi olan su anbarlarına ötürülür. Anbarlardan isə öz axımı ilə istehlakçılara çatdırılır. Yaranmış çirkab sular inşa olunmuş 159 km şəbəkə vasitəsi ilə şəhər ərazisindən kənarlaşdırılaraq rayonun Şəhadət kəndi ərazisində yerləşən sutqalıq gücü 10000 m3 olan çirkab təmizləyici qurğuya ötürülür.

Qeyd edək ki, 2024-cü ildə rayon ərazisində 343 ədəd su qəzası və 261 ədəd kanalizasiya qəzası baş verib ki, bu qəzalar operativ olaraq qəza bərpa qrupu tərəfindən aradan qaldırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri