Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
"Sauthempton”un baş məşqçisi Vil Stil "Liverpul”la kubok oyunundan (1:2) sonra rəqib hücumçu Uqo Ekitike haqqında maraqlı fikirlər səsləndirib.
Fransalı mütəxəssis Ekitike ilə "Reyms”də birgə çalışdıqlarını xatırladıb:
"Onu çox yaxşı tanıyıram. Həmişə qol vuracağını deyirdi, bu dəfə də sözündə durdu. Matçdan əvvəl də zarafatla "mən oyuna girəcəm, qol vuracam, sənə formanı verəcəm və evə gedəcəm” dedi. Dediyi kimi də oldu”.
Stil həmçinin gənc forvardın meydanda rəqiblərə çətin anlar yaşatdığını vurğulayıb:
"O, daim hücumda təhlükə yaradan futbolçudur, müdafiəçiləri çətin vəziyyətə salır, inanılmaz dərəcədə zəhlətökəndir”.
Qeyd edək ki, Ekitike yayda "Ayntraxt”dan transfer olunub və indiyədək "Liverpul”un heyətində 8 oyunda 5 qol vurub.
Zəfər Hacılı
Baxış sayı:76
Bu xəbər 24 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















