Ekologiyadan kənd təsərrüfatına keçid Struktur dəyişikliyi nə vəd edir? RƏSMİ AÇIQLAMA
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Akvakultura və balıqçılıq təsərrüfatlarının idarəçiliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Kənd Təsərrüfatı Nazirliyinə verilməsi ölkənin su bioresursları siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik yalnız idarəetmənin yenilənməsi deyil, həm də balıqçılığın inkişafı iqtisadi potensialının artırılması üçün yeni imkanlar açır.
Bəs struktur dəyişikliyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçi sayında azalma gözlənilirmi?
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müəssisələr ştat vahidləri ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçi sayında azalma olub.
Qeyd edək ki, balıqartırma müəssisələrinin fəaliyyəti, su bioresurslarının artırılması, mühafizəsi və nəzarətin təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitin qalan hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcəsindən azaldılaraq Kənd Təsərrüfatı Nazirliyinin büdcəsinə əlavə edilib.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Noyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















