Icma.az
close
up
RU
Ekoloji mövzuda mütləq baxmalı olduğunuz FİLMLƏR

Ekoloji mövzuda mütləq baxmalı olduğunuz FİLMLƏR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin altıncı günüdür. 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçdiyi tədbirdə əsas məsələ iqlim dəyişiklikləri ilə mübarizəni daha da gücləndirməkdir.

Tədbirdə ən önəmli məsələlərdən biri də iqlim dəyişikliklərinə diqqət çəkməkdir. Bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bununla yanaşı ən effektiv yollardan biri də mədəni addımların atılmasıdır. Burada iqlim dəyişiklikləri ilə bağlı filmlərin rolu danılmazdır. Müasir dövrdə iqlim problemləri və onun gələcəkdə göstərəcəyi dağıdıcı təsirləri bir çox rejissorun ilham mənbəyinə çevrilib.

Modern.az bu mövzuda filmləri araşdıraraq kino tənqidçiləri tərəfindən ən çox bəyənilən film və seriallardan birini təqdim edir.

“Snowpiercer”

Filmləri ilə iqlim dəyişikliklərinə diqqət çəkən rejissorlardan Koreya əsilli Pon Çjun Hod bu filmi 2013-cü ildə ekranlaşdırıb.

Filmdə hadisələr yaxın gələcədə - 2031-ci ildə cərəyan edir. Belə ki, qlobal istiləşmənin qarşısını almaq üçün aparılan təcrübə uğursuzluqla nəticələnir, eksperimentlər nəticəsində temperatur kəskin şəkildə aşağı düşür və dünyada yenidən buz dövrü yaranır. Beləliklə də yaşamaq mümkünsüz hala gəlir. Bu fəlakətdən sağ qalan bir neçə insan "Snowpiercer" adlı qatarda yaşamağa məcbur olur.

Bu qatar relslər üzərində buzları qıraraq donmuş dünyada davamlı dövr edir. Eyni ilə dünyada olduğu kimi qatarda da sosial bərabərsizlik, resursların eyni səviyyədə bölünməməsi, idarə edən və olunanlar arasında kəskin fərq kimi problemləri ortaya çıxır. Aşağı təbəqənin insanları sayca çoxluq təşkil etsə də, onlar qatarın sonuncu vaqonunda, pis şəraitdə yaşamağa məcbur olunur. Nəhayət, bir gün onlar bu ədalətsizliyə son qoymağa çalışırlar... 

"The 100"

Kass Morqanın eyniadlı kitab seriasından ilhamlanan rejissorlar 7 mövsüm davam edən film çəkiblər.  Film nüvə müharibəsi nəticəsində dünyanın məhv olduğunu, beləliklə də, mədəniyyətlərin yox olduğunu vurğulayır. 12 fərqli millətin nümayəndələrindən sadəcə 400 nəfər sağ qalaraq kosmosda xüsusi gəminin içində yaşamağa başlayırlar. Keçən 97 ildə 3 nəsil bu gəmidə yaşayır və zamanla insanların sayı 4000-ə çatır. Kosmik gəmidə əhali sayına nəzarət üçün ölüm hökmü və sərt qaydalar hökm sürür. Resurslar bitmək üzərə ikən ölüm hökmünü gözləyən 100 nəfər 18 yaşına çatmamış yeniyetmə dünyanın yaşayış üçün əlverişli olub-olmamadığını öyrənmək üçün məcbur Yer planetinə göndərilir. Hadisələr əsasən burada cərəyan edir 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri