Ekoloq: Azərbaycan ərazisində 8 bala qədər zəlzələ gözlənilən yerlər var
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, Alt Himalay qurşağında zəlzələlər tez tez olur:

“Demək olar ki, hər gün zəlzələ baş verir. Yəni burada qalxmalar və enmələrlə müşayiət olunduğuna görə zəlzələlər hər gün olur. Sadəcə üç baldan sonra zəlzələni hiss etməyə başlayırıq. Uzun illərdir bu ərazilərdə böyük dağıdıcı zəlzələlər olmur. Amma sözügedən zonada zəlzələnin olması xarakterikdir. Digər tərəfdən Şamaxı və Gəncədə baş verən təkanlar daha güclü zəlzələlərin baş verə biləcəyinin göstəricisidir. Yəni Azərbaycan ərazisində 8 bala qədər zəlzələ gözlənilən yerlər var. Bu baxımdan da hesab edirəm ki, dörd bal gücündə olan təkanın güclü zəlzələ gətirəcəyini demək çox çətindir. Dörd ballıq zəlzələlər xarakterikdir və dağıdıcılığı yoxdur”.
Baxış sayı:102
Bu xəbər 10 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















