Icma.az
close
up
RU
Ekoloq Bala Kürdən danışdı: Belə layihələr özbaşına həyata keçirilə bilməz”

Ekoloq Bala Kürdən danışdı: Belə layihələr özbaşına həyata keçirilə bilməz”

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə boyu intensiv yağıntılar, məlum olduğu kimi Kürdə də suyun həcmini xeyli artırdı. Bir tərəfdən bunun əkin sahələri, suvarma üçün faydalı olduğu bildirilsə də, digər tərəfdən isə ətraf ərazilərə ziyan dəyməsin, yaşayış məskənləri daşqın təhlükəsi ilə üzləşməsin deyə suyun düzgün idarə olunmasıın vacibliyi vurğulandı. 

Ekoloq-hidroloq Rövşən Abbasov bu günlərdə Kür çayında mövcud vəziyyəti araşdırıbvə çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Bu barədə “Sherg.az”a danışan ekoloq bildirdi ki, Kür çayının Bala Kür adlandırılan hissəsində çəkiliş aparıb: 

- Bilirsiz ki, Ana Kür və Bala Kür adları şərtidir. Əslində Bala Kürdə su daha çoxdur. Biz Bala Kürün mənsəb hissəsində olduq. Və vəziyyəti araşdırdıq. Bala Kür bu hissədə Xəzərə tökülür. Deyim ki, o hissə çox möhtəşəm su-bataqlıq landşaftına sahibdir. Özünəməxsus bir eko-sistem yaradır. Həm balıqların kürü tökməsi üçün dənizə keçməsinə şərait var, həm də quşların, məməlilərin yaşaması üçün çox yaxşı şərait var. Çox təəssüf ki, bir neçə il əvvəl Bala Kürün qarşısı kəsildi. Məqsəd dənizdən Kürə daxil olan suyun qarşısını almaq idi. Guya ki, dənizdən Kürə su daxil olurdu və çayda suyun səviyyəsi qalxırdı. Buna görə suyun qarşısını kustar bir bəndlə kəsdilər. Biz o vaxtda da demişdik ki, bunu etmək olmaz. Həmin bənd dağılıb artıq. Təbiidir, belə də olmalı idi. Amma başqa bir hadisə də baş verib. Çayın qarşısı kəsildiyindən burada Kür sağa doğru özünə yeni yataq açıb və bu da böyük bir hissədə torpaq ərazisinin itirilməsiylə nəticələnib. Belə layihələr həyata keçirilərkən həqiqi mütəxəssislərlə mütləq məsləhətləşmə aparılmalıdır. Kimsənin ixtiyarı yoxdur belə layihələrlə bağlı özbaşına qərar versin. İcraya yönəldilməzdən əvvəl layihənin ətraf mühitə təsir sənədi və başqa sənədlər də olmalıdır. Sənədlər hazırlanmalıdır, sonra layihə həyata keçirilməlidir. 

Mütəxəssis bildirdi ki, əslində problemin həlli çayın yuxarı axınında suyun planlı idarəedilməsində idi. Mövcud vəziyyət bunu göstərir ki, su ehtiyatlarının idarə olunmasında ciddi tədbirlər görülməlidir. Əgər edilməzsə bir müddət daşqınla, sonra isə su çatışmazlığı ilə mübarizə aparmalı olacağıq. Hövzə idarəçiliyi aşağı axında yarana bilən problemlərin həllində əsas yoldur.

R.Abbasov bildirdi ki, bununla belə ərazi çox möhtəşəmdir, möcüzəli görünüşə malikdir:  

- Xüsəsən günəş batarkən ətrafda çox gözəl mənzərə yaranır. Hesab edirəm ki, bura ölkəmizdə əsas turist esansiyalarından biri ola bilər. Bakıya çox yaxındır, insanlar bura gələ bilər. Amma şərait elə olmalıdır ki ətrafa ziyan dəyməsin, insanlarımız bu gözəl landşaftın təbii gözəlliyini görsünlər.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 May 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri